“Heç kəs unudulmur, heç nə yaddan çıxmır” adlı tədbir keçirilib
Tarix: 27.02.2018 | Saat: 16:24:00 | E-mail | Çapa göndər


ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolecində Xocalı faciəsinin 26-cı ildönümünə həsr olunmuş “Heç kəs unudulmur, heç nə yaddan çıxmır” adlı anım tədbiri keçirildi
Tədbirdən öncə müdiriyyət və dəvət olunmuş qonaqlar kollecin tələbələri tərəfindən .Xocalı soyqırımına həsr olunmuş rəsm sərgisi ilə tanış oldular.
Tədbiri giriş sözü ilə açan kollecin direktoru h.ü.f.d Qulu Novruzov  Xocalı soyqırımının bəşəriyyətə qarşı törədilən ən dəhşətli faciələrdən biri olduğunu deyərək bildirib ki, faciədən artıq 26 il keçməsinə baxmayaraq, vəhşicəsinə, xüsusi amansızlıqla və qəddarlıqla qətlə yetirilən soydaşlarımızın, qəhrəman oğul və qızlarımızın əziz xatirəsi dünyanın müxtəlif ölkələrində ehtiramla anılır.
Bakı Dövlət Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru Boran Əziz gənc nəsilə Xocalı faciəsinin çatdırılmasının vacibliyini, onlara vətənpərvərlik hisslərinin aşılanmasının zəruriliyini vurğulayıb.. Qeyd olunub ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində Xocalı soyqırımı dünyanın müxtəlif ölkələrində tanıdılır.
Tədbirdə Xocalı faciəsinə həsr olunan film və tələbələrin ifasında “Ruhlar”, “Ana fəryadı” adlı ədəbi-bədii kompozisiya da nümayiş olunub. 




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info