Monteneqronun internet portallarında Xocalı faciəsi ilə bağlı məqalə dərc edilib
Tarix: 26.02.2018 | Saat: 16:20:00 | E-mail | Çapa göndər


Monteneqronun www.dijaspora.news və www.volimpodgoricu.me internet portallarında Azərbaycan - Monteneqro Mədəni və İqtisadi Əlaqələr Mərkəzinin üzvü Sanida Şabotiçin “Bu gün Azərbaycan xalqına qarşı dəhşətli cinayət törədilmişdir” başlıqlı məqaləsi dərc edilib. Məqalədə 26 il əvvəl erməni silahlı qüvvələri tərəfindən Azərbaycan xalqına qarşı dəhşətli cinayət və soyqırımı törədildiyi, Azərbaycan ərazilərinin 20 faizinin ermənilərin əsassız ərazi iddiaları nəticəsində işğal olunduğu, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyi bildirilib. Uşaq, qadın və qocaların belə xüsusi amansızlıqla qətlə yetirildiyi vurğulanıb. Bütün bunlara baxmayaraq, Azərbaycan dövlətinin münaqişənin sülh yolu həll olunması istiqamətində səylərini davam etdirdiyi, BMT Təhlükəsizlik Şurasının işğal olunmuş ərazilərin qeyd-şərtsiz azad olunması haqqında qətnamələrinin yerinə yetirilməsi məqsədilə beynəlxalq təşkilatlarla əməkdaşlıq etdiyi, cinayətkarların beynəlxalq hüququn prinsipləri çərçivəsində cəzalandırılmasını tələb etdiyi vurğulanıb. Məqalədə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir” sözləri xatırlanıb. Qeyd edilib ki, soyqırımı qurbanlarının xatirəsi yad edilməli və belə cinayətlərin bir daha təkrarlanmaması üçün bəşəriyyət məsuliyyət daşımalıdır.
Eyni zamanda, www.cdm.me internet portalında Azərbaycanın Monteneqrodakı diplomatik nümayəndəliyi tərəfindən hazırlanmış pres-reliz dərc edilib.
Xatırladaq ki, Azərbaycanın bu ölkədəki diplomatik nümayəndəliyi və Azərbaycan-Monteneqro İqtisadi və Mədəni Əlaqələr Mərkəzinin təşkilatçılığı ilə cari il fevralın 15-dən Monteneqronun şəhərlərində Xocalı soyqırımını əks etdirən bilbordlar quraşdırılıb.
Fuad




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10479

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info