Qazaxıstan ölkəmizin əmək və sosial müdafiə sahələrində əldə etdiyi uğurlu təcrübələri öyrənir
Tarix: 27.02.2018 | Saat: 17:23:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyəti ilə görüş olub. Səfərdə məqsəd son illərdə Azərbaycanda əmək və sosial müdafiə sahəsində avtomatlaşdırılmış idarəetmə və xidmət sistemləri, bu sahədə müasir və şəffaf iş təcrübəsi, o cümlədən innovativ əsaslı sığorta-pensiya sistemi ilə tanış olmaq, təcrübə mübadilələri aparmaqdır.
Görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Azərbaycanla Qazaxıstan arasında dostluq və əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayıb. Nazir müavini iki ölkə arasında hələ ötən əsrin 90-cı illərindən əmək və sosial müdafiə sahəsində səmərəli əməkdaşlığın qurulduğunu qeyd edib: “Bizim ilk əməkdaşlıq əlaqələrimiz sosial müdafiə sisteminin əsas sahələrindən olan pensiya təminatı sahəsini əhatə edib. 1996-cı ildə imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş” bu sahədə qarşılıqlı faydalı əməkdaşlığın formalaşmasında vacib əsas rolunu oynayıb. 1999-cu ildə “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında Azərbaycan Respublikası ərazisində müvəqqəti işləyən Qazaxıstan Respublikası vətəndaşlarının və Qazaxıstan Respublikası ərazisində müvəqqəti işləyən Azərbaycan Respublikası vətəndaşlarının əmək fəaliyyəti və sosial müdafiəsi haqqında” və 2005-ci ildə “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Qazaxıstan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlıq haqqında” Sazişlər ikitərəfli əlaqələrin ardıcıl xarakter almaqla genişlənməsinə səbəb olub”.
İ.İsayev ölkəmizin makroiqtisadi inkişaf dinamikası barədə məlumat verərək Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin vətəndaş amilinə əsaslandığını, əldə olunan iqtisadi dividentlərin ilk növbədə güclü sosial siyasətin aparılmasına yönəldiyini vurğulayıb: “Bu əsasda ötən dövrdə həyata keçirilən məqsədyönlü sosial müdafiə tədbirləri respublikada geniş əhatəliliyə və səmərəliliyə malik olan, sosial hüquqların dolğun təminatına imkan verən, yoxsulluğun azaldılmasında mühüm rol oynayan etibarlı sosial müdafiə sisteminin qurulması ilə nəticələnib. Bu sistemin mühüm tərkib hissələrindən olan sığorta-pensiya sistemi sosial sığorta, fərdi uçot və pensiya təminatı sahəsi üzrə funksiyaları özündə əhatə etməklə mütərəqqi beynəlxalq yanaşmalara uyğun və müasir əsasda yenidən qurulub. Ötən il aparılan növbəti islahat tədbiri sığorta-pensiya sistemində sığorta prinsiplərinin gücləndirilməsini təmin etməklə, onun uzunmüddətli inkişafına və işləyən əhalinin sosial sığorta sistemində iştirak fəallığının və bununla da layiqli pensiya təminatı imkanlarının artırılmasına əlverişli şərait yaradıb”.
Nazir müavini eyni zamanda son illərdə aparılan sistem xarakterli islahatlar nəticəsində əmək müqavilələrinin elektron qeydiyyatı, ünvanlı dövlət sosial yardımı, tibbi-sosial ekspertiza və reabilitasiya sistemlərinin tam avtomatlaşdırılmış infrastruktur üzərində müasir və şəffaf sistemlər kimi formalaşdığını diqqətə çatdırıb. O, yaradılmış elektron sistemlərin mötəbər beynəlxalq qurumlar tərəfindən də yüksək dəyərləndirildiyini vurğulayıb: “Hazırda bu elektron sistemlər vasitəsilə nazirliyin fəaliyyət sahələri üzrə 30-a qədər elektron xidmət əhalinin istifadəsindədir. Təkcə bu ilin yanvar ayında həmin e-xidmətlərdən 1 milyon 123 minə yaxın müraciətin qeydə alınması onlara olan böyük sosial tələbi göstərir”.
İ.İsayev Azərbaycan əhalisinin sabit artım tempinin davam etdiyi şəraitdə əmək resurslarının məşğulluğuna yönəlik çevik tədbirlər kompleksinin ölkəmizin əmək bazarında sabitliyin təmin olunmasına, işsizliyin aşağı səviyyədə saxlanmasına imkan yaratdığını vurğulayıb. Nazir müavini respublikada sosial müdafiə siyasəti ilə məşğulluq tədbirlərinin əlaqələndirilməsi, aztəminatlı ailələrin kiçik ailə biznesinə çıxışına imkan yaradılmaqla, onların sosial müdafiəsində passiv tədbirlərdən aktiv tədbirlərə keçidin təmin edilməsi üçün aparılan işlər, icra olunan özünüməşğulluq proqramı barədə də məlumat verib: “Təbii ki, qeyd olunan sahələrdə ayrı-ayrı ölkələrlə fəal təcrübə mübadilələri aparılır və bizə dost ölkə olan Qazaxıstanın aidyyəti qurumu ilə də bu sahədə təcrübələrin bölüşülməsi hər iki tərəf üçün faydalı olacaq”.
Qazaxıstan nümayəndə heyətinin üzvləri Azərbaycanda əmək və sosial müdafiə sahələrində aparılan islahatları maraqla izlədiklərini və ölkəmizin bu sahələrdə əldə etdiyi uğurlu təcrübələri öyrənməyin onlar üçün xüsusi önəm kəsb etdiyini bildiriblər. Onlar müvafiq sahələrdə təcrübə mübadilələrinin aparılması üçün yaradılan şəraitə görə məmnunluqlarınıifadə ediblər.
Görüş zamanı müvafiq sahələrdə həyata keçirilmiş islahatlara dair fikir mübadiləsi aparılıb, nümayəndə heyətinin üzvlərini maraqlandıran suallar cavablandırılıb.
Səfər çərçivəsində Qazaxıstan nümayəndə heyətinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sığorta-pensiya və sosial xidmət sistemləri, nazirliyin fəaliyyət sahələri üzrə yaradılmış elektron infratrukturla yaxından tanış olmaları, bu məqsədlə aidyyəti təqdimatların keçirilməsi nəzərdə tutulub.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10487

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info