İzmirdə Xocalı Soyqırımına həsr olunmuş tədbir keçirilib
Tarix: 27.02.2018 | Saat: 17:37:00 | E-mail | Çapa göndər


Xocalı Soyqırımının 26-cı ildönümü münasibətilə Türkiyənin İzmir şəhərində fəaliyyət göstərən Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyəti və Türk Ocaqları İzmir şöbəsi ilə birgə tədbir təşkil edib.
Bu barədə məlumatı jurnalist Elnur Eltürk verib.
İzmir şəhərinin mərkəzi meydanında baş tutan tədbir öncəsində soyqırım haqqında məlumat və şəkillərin yer aldığı broşuralar meydandan keçən insanlara paylanılıb. Eyni zamanda, insanlara ehsan verilib.
Daha sonra Xocalı soyqırımı ilə Anadolu agentliyinə və s. digər önəmli media nümayəndələrinə açıqlamalar verilib.
Türk Ocaqları İzmir şöbəsinin rəhbəri Alpər Erdəm çıxışında yaxın tariximizdə dünyada yaşanan ən dəhşətli faciələrdən birinin ermənilər tərəfindən Xocalıda həyata keçirildiyini, yüzlərlə günahsız insanların öldürüldüyünü, bütün bunları dünyaya bəyan etmək üçün burada olduqlarını qeyd edib.
Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyətinin sədri Dr. Asif Kurban çıxışında ermənilərin Xocalını işğalı zamanı oradakı insanlarımıza edilən zülmlərin sözlə ifadə edilə bilməyəcəyini bildirib. 
O,bu hadisənin yaxın tarixdə baş verdiyini,sübut və dəlillərin ermənilərin soyqırım həyata keçirtdiyini vurğulayıb:
“Təəssuf ki, dünya bu vəhşəliyi görməzdən gəlir, ikili oynayır. Heç bir əsası olmadan Türkiyəyi soyqırım törətməkdə günahlandıranlar, dönüb Xocalıda baş verənlərə baxsınlar. Bu soyqrımı həyata keçirənlər ədalət qarşısında hesab vermədilər. Onların hesab verməsi və Xocalıda yaşananların bütün dünyanın bilməsi üçün fasiləsiz fəaliyyətlərimiz davam etdirəcəyik”.
Türk Parlamentlər Birliyinin İzmir şöbəsi rəhbəri, sabiq millət vəkili Metin Öney, Bornova bələdiyəsinin sabiq başçısı, sabiq millət vəkili Çengiz Bulut və Türkiyə Həmkərlar İttifaqı İzmir şöbəsinin başçısı Ahmet Doğruyol da çıxışlarında Xocalı Soyqırmı əsla unutmamağı, bu soyqırımı törədənlər hesab verməli olduqlarını və bu haqlı mübarizədə qardaş Azərbaycanın yanında olduqlarını vurğulayıblar.
Tədbirin sonunda Xocalı şəhidlərinin əziz xatirəsinə dualar oxunub.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info