Ərəstun Mehdiyev: “Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində ağsaqqalların xüsusi rolu olub”
Tarix: 27.02.2018 | Saat: 17:50:00 | E-mail | Çapa göndər


Azərbaycan Ağsaqqallar Şurasının VII qurultayı keçirilib. Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev çıxışında bildirib ki, Azərbaycan Ağsaqqallar Şurasında cəmiyyətin müxtəlif təbəqələrini əhatə edən nüfuzlu, müdrik insanlar toplaşıb: "Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində hər zaman ağsaqqalların xüsusi rolu olub. Ağsaqqallar cəmiyyətdə daim nüfuzu olan şəxslər kimi seçilib. Azərbaycan Ağsaqqallar Şurası çətin dövrdə, 1990-cı ildə yaranıb. Həmin dövrdə belə bir təşkilatın yaranması məntiqi idi. Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra təşkilat ardıcıl şəkildə ölkənin ictimai-siyasi həyatında aktiv iştirak etməyə başlayıb. Həmin dövrdən başlayaraq ölkədə gedən proseslərin tənzimlənməsində Azərbaycan ağsaqqalların rolu daha qabarıq şəkildə özünü göstərir. Müharibə şəraitində yaşayan Azərbaycanda gəncliyin yetişməsində, onun qorunmasında kəsərli ağsaqqal sözü hər zaman vacib olub. Bu gün də Azərbaycanın həyatında ağsaqqalların və onların təşkilatının rolu nəzərə çarpır. Ölkədə dinamik proseslər gedir, ictimai-siyasi həyatda yeniliklər baş verir. Sosial, iqtisadi sahələrdə dərin islahatlar aparılır. Bunların hamısı xalqın gələcəyi üçün edilir. Bütün bu işlərin icrasında ağsaqqalların da böyük rolu var. İnanıram ki, ağsaqqallar dövlətin, xalqın yükünü çiynində aparan insanlar kimi hər zaman öndə gedəcəklər".
Şuranın sədr müavini, akademik Teymur Bünyadov Prezident İlham Əliyev tərəfindən "İstiqlal" ordeni ilə təltif edilməsinə görə Fəttah Heydərovu təbrik edib, bunu ölkə ağsaqqallarının fəaliyyətinə verilən dəyər kimi qiymətləndirib.  
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə deyib ki, Azərbaycan Ağsaqqallar Şurası ötən 5 il ərzində ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edib.
Qurultayda akademik Əhliman Əmiraslanov, Naxçıvan Ağsaqqallar Şurasının sədri Məmməd Məmmədov və başqa şəxslər çıxış ediblər.
Təşkilatın sədri, Milli Məclisin deputatı F. Heydərov yenidən Azərbaycan Ağsaqqallar Şurasının sədri seçilib.





Nigar












 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info