Bəhruz Həsənov: “Xocalı soyqırımı insanlığa qarşı törədilmiş bəşəri cinayətdir”
Tarix: 27.02.2018 | Saat: 18:41:00 | E-mail | Çapa göndər


Türkiyənin ən nüfuzlu ali məktəblərindən olan Ankaradakı Qazi Universitetində Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Toplantı çərçivəsində, ilk dəfə olaraq ölkə hüdudlarından kənarda Xocalı soyqırımı qurbanlarının xatirəsi Bakı vaxtı ilə saat 17-də, Azərbaycan ərazisində anıldığı vaxt, bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Azərbaycan və Türkiyənin dövlət nümayəndələri, parlament üzvləri, nüfuzlu elm adamları, universitetin tələbələri iştirak edirdilər. Əvvəlcə Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim, Xocalı soyqırımı, ümumiyyətlə Azərbaycan və bütövlükdə türk dünyası ilə bağlı bütün məsələlərə, xüsusilə ortaq problemlərə və acılara hər zaman xüsusi həssaslıqla yanaşan Qazi Universitetinin rəhbərliyinə minnətdarlığını bildirib.
Milli Məclisin deputatı Elman Məmmədov tədbir iştirakçılarına 26 il əvvəl Xocalıda baş vermiş dəhşətli qırğın haqqında ətraflı məlumat verib.
Prezident Administrasiyasının məsul əməkdaşı Bəhruz Həsənov bildirib ki, Xocalıda günahsız insanlar sadəcə azərbaycanlı və müsəlman olduqları üçün vəhşicəsinə qətlə yetiriliblər, ona görə də bu soyqırımı təkcə Azərbaycana qarşı yox, bütün türk və müsəlman dünyasına, ümumiyyətlə insanlığa, sülhsevər dünyaya qarşı törədilmiş bəşəri cinayətdir.
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar, Qazi Universitetinin rektoru, professor İbrahim Uslan Xocalıya ədalət uğrunda aparılan beynəlxalq mübarizənin davam etdirilməsinin əhəmiyyətindən danışıblar.
Qeyd edək ki, Xocalının hələ də bir sıra ölkələr tərəfindən soyqırımı olaraq tanınmadığına diqqəti çəkmək məqsədilə, bu ali təhsil ocağının incəsənət fakültəsinin rəsm işi bölməsi “Eşidilməyən haray!” devizi altında beynəlxalq rəsm və heykəl müsabiqəsi keçirib.
Toplantı çərçivəsində müsabiqənin qaliblərinə mükafatlar təqdim edilib.
Qaliblər Azərbaycanın Ankaradakı səfirliyinin dəstəyi ilə ölkəmizdə səfər edəcəklər.
Sonda tədbir iştirakçıları 60-a yaxın əsərin nümayiş olunduğu sərgini ziyarət ediblər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
17.02.2019
Ermənilər azərbaycanlılar və çeçenlər arasında “nifrət və nifaq toxumlarını əkməyə“ çağırır
15.02.2019
Elmar Məmmədyarov Almaniya Bundestaqının üzvü ilə görüşüb
15.02.2019
Qətərli və livanlı jurnalistlər Mətbuat Şurasında olublar
15.02.2019
“Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
15.02.2019
“İnternet media vacib informasiya mənbəyinə çevrilib”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info