“26 il Xocali bugünkü gəncliyin gözü ilə“ adlı tədbir keçirilib
Tarix: 26.02.2018 | Saat: 18:40:00 | E-mail | Çapa göndər


"Muğam Dünyası" klubunda "26 il Xocali bugünkü gəncliyin gözü ilə" adlı tədbir keçirilib.
Tədbir iştirakçıları "Xocalıya Ədalət" kompaniyası çərcivəsində, "Həqiqət" tarixi araşdırmalar İctimai birliyi , ƏSMID nəzdində Muğam Dünyası klubu, Milli Azərbaycan Tarixi Muzeyinin muzeyşunaslar və muzey sevərlər klubunun dəstəyi ilə Şəhidlər muzeyini ziyarət ediblər.
“Muğam Dünyası” klubunun sədri Nicat Müslümov Xocalı faciəsindən söz açaraq bildirib ki, erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızlıqla qətlə yetirilib, 487 nəfər şikəst olub, 1275 dinc sakin əsir götürülüb, 155 nəfərin taleyi isə hələ də məlum deyildir. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini itirib.
"Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin davamıdır. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürülübş, 3 nəfər diri-diri yandırılıb, başlarının dərisi soyulub, bədən əzaları və başları kəsilib, gözləri çıxarılıb, hamilə qadınların qarnı süngü ilə yarılıbdır. Bu əməllərin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi Xocalı faciəsinin beynəlxalq hüquqa əsasən məhz soyqırımı olduğunu təsdiq edir",- klub sədri vurğulayıb.
“Bildiyiniz kimi, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə Azərbaycan muğamı 2003-cü ildə UNESCO tərəfindən Bəşəriyyətin Şifahi və Qeyri-Maddi İrsinin Şah Əsərləri siyahısına daxil edilib. Biz də özümüzə bir azərbaycanlı gənci kimi borc bilib könüllü olaraq "Muğam Dünyası" qrupunu yaratdıq ki, muğamımızı nəyin ki Azərbaycanda, ölkəmizdən kənarda da təbliğ edək. Bizim "Muğam Dünyası" qrupumuz Azərbaycan xalqının zəngin tarixi-mədəni irsi, mədəniyyəti, incəsənəti, ədəbiyyatı, turizm imkanları, İslam sivilizasiyasının inkişafına verdiyi töhfələr, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və torpaqlarımızın 20 faizinin ermənilər tərəfindən işğalının acı nəticələri haqqında hərtərəfli məlumatlandırmaq məqsədi daşıyır. Səhifəmizdə Azərbaycan muğam sənətinin vacib tərkib hissəsi kimi Qarabağ muğam məktəbinin özünəməxsus üslubu və ənənələri haqqında ətraflı məlumatlar öz əksini tapır”-deyə o bildirib.
Sonra söz “Həqiqət” tarixi araşdırmalar ictimai birliyin icracı direktoru Rumanə xanım Əmirəliyeva verilib. Tədbirin ərsəyə gəlməsində əməyi keçən hər kəsə öz təşəkkürünü bildirib. O qeyd edib ki, müstəqil Azərbaycan dövlətinin qurucusu dahi rəhbər Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir: "Azərbaycan tarixinin taleyüklü hadisələrlə dolu otuz ildən artıq mühüm tarixi bir dövrü məhz Azərbaycan xalqının Ümummilli lideri, Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu dövr ərzində Heydər Əliyev öz məqsədyönlü fəaliyyəti ilə Azərbaycan dövlətini zamanın ən çətin sınaqlarından çıxararaq ölkənin ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail olmuşdur".
Tədbirdə çıxış edən, Şəhidlər muzeyinin rəhbəri "General Əli bəy" Əlövsət Qasımov qeyd edilib ki, həmin gecə baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyildi, bəşəriyyətə, insanlığa qarşı törədilmiş qanlı cinayət idi. Buna baxmayaraq, o zamankı Azərbaycan hakimiyyəti bu dəhşətli hadisəyə siyasi qiymət verilməsi, qanlı qırğın barədə obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması üçün heç bir iş görməmişdi. Yalnız ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəldikdən sonra bu qanlı faciəyə hüquqi-siyasi qiymət verilib. 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı soyqırımı günü kimi elan etmişdir. Kampaniyanın məqsədi bu faciə barədə dünya ictimaiyyətinə məlumat verməkdir.
Milli Azərbaycan Tarixi Muzeyinin muzeyşunaslar və muzey sevərlər klubunun sədri Sahibə Ələkbərova çıxış edərək qeyd edib ki, tədbirin təşkilində əsas məqsəd, bu günün mahiyyətini bir daha aşılamaq, yaddaşlarda həkk etdirməkdir. Hadisələr çox tez-tez yer dəyişirdi. SSRİ-nin süqutu, 20 Yanvar hadisələri bizim üçün gözlənilməz idi. Amma ermənilərin planı baş tuturdu. Onlar buna tam 200 il və ya da çox müddət idi ki, hazırlaşırdılar. Bütün bu hadisələr təsadüf ola bilməzdi. Yalnız ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəldikdən sonra bu qanlı faciəyə hüquqi-siyasi qiymət verilmişdir. 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı soyqırımı günü kimi elan etmişdir.
Kampaniyanın məqsədi bu faciə barədə dünya ictimaiyyətinə məlumat verməkdir. Bildirilmişdir ki, əlbəttə, bizim bu gün gördüyümüz işlər həlak olmuş insanların həyatını qaytara, sağ qalmış xocalıların yarasını sağalda bilməz. Biz o qadınları, uşaqları və qocaları heç zaman unutmayacağıq. Natiqlər eyni zamanda, bəyan etmişlər ki, bu cür maarifləndirmə tədbirləri Heydər Əliyev Fondunun vitse-preziden Leyla Əliyevanın təşəbbüsü ilə başladılan "Xocalıya Ədalət" kampaniyasının tərkib hissəsidir.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info