“Gənclərimizin milli ruhda böyüməsində cəmiyyət və ailənin rolu vacib amildir”
Tarix: 28.02.2018 | Saat: 00:40:00 | E-mail | Çapa göndər


Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə gənc nəslə bağlayır. Gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün vacib məsələdir. Çünki ölkənin gələcəyi, müqəddəratı indiki gənclərdən asılıdır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. Bu gün böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır. O öz həyatını qurarkən, öncə, müstəqil Azərbaycanın bugünü və gələcəyi haqqında düşünür, öz fəaliyyətində yüksək vətəndaşlıq hislərinə malik olduğunu nümayiş etdirir.

Uğurlu gənclər siyasəti gənclərin bütün sahələrdə təmsil olunmasına şərait yaradıb

Ulu öndərin gəncliyə və gənclərə etimadı indi öz təsdiqini tapmaqdadır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev ulu öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan böyük diqqətin nəticəsidir.
Ulu öndər ölkə rəhbəri olduğu ilk dövrlərdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib. Ulu öndər gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan etmişdi. Bu məqsədlə Prezident Heydər Əliyevin fərmanı ilə 1994-cü il iyulun 26-da Gənclər, İdman və Turizm Nazirliyi yaradılıb. 1995-ci ildə isə o, Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürüb. 2 fevral 1996-cı il tarixdə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilib. Forumda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev şəxsən iştirak edib.1 Fevral 1997-ci ildə forumun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən Heydər Əliyev "2 fevral - Azərbaycan gəncləri gününün elan edilməsi haqqında" Sərəncam imzalayıb. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur. 2 fevral 1998-ci ildə ümummilli lider Heydər Əliyev Azərbaycan Gəncləri Gününün ilk ildönümü münasibətilə keçirilən bədii-idman bayramında çıxış edib və gənclərə müraciətlə bildirib: "Mən sizi gördükcə daha da ruhlanıram, siz mənə daha da ilham verirsiniz və sizdən ilham alaraq Azərbaycanı daha da qüdrətli etməyə çalışıram. Əmin ola bilərsiniz ki, Azərbaycan dövləti, Azərbaycanın Prezidenti sizin - gənclərimizin bütün hüquqlarının qorunmasının təminatçısı olub və bundan sonra da təminatçısı olacaqdır. Əmin ola bilərsiniz ki, Azərbaycan gənclərinin yaxşı yaşaması, təhsil alması üçün, yaxşı əmək fəaliyyəti göstərməsi üçün bundan sonra da əlimizdən gələni edəcəyik."
Azərbaycanın gənclər siyasəti çox uğurlu bir modeldir və bu gün bu model öz bəhrəsini verir. Tam əminliklə demək olar ki, ölkəmizdəki gənclər siyasəti bütün dövlətlər üçün nümunə ola bilər. Dövlət çalışır ki, heç bir gənc bu diqqət və qayğıdan kənarda qalmasın, yaradılmış imkanlardan yararlansın.
Ümummilli lider Heydər Əliyev hər zaman gənclərə böyük ümidlər bəsləyir və dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Ulu öndər gənclərlə bağlı məsələləri həmişə dövlət siyasətinin əsas tərkib hissələrindən biri hesab edir, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdi. Bu gün dövlət tərəfindən uğurla həyata keçirilən gənclər siyasəti gənclərin ölkə həyatının bütün sahələrində təmsil olunmasına şərait yaradıb.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüsalə Məmmədzadə: “Yeniyetmələrin, gənclərin milli mənlik şüurunda yetişməsində mədəniyyətin rolu əvəzsizdir”

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin tərbiyəsində təhsilin mühüm rolu var.Azərbaycan Turizm və Menecment Universitetinin baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüsalə Məmmədzadə bildirdi ki, dünyada mövcud olan müxtəlif xalqların mədəniyyətlərinin ən layiqlisini dünya mədəniyyəti fənnində tələbələrə çatdırıram: “Çalışırıq ki, tələbələrimizi maksimum dərəcədə müxtəlif dəyərli məlumatlarla bilgiləndirək. İstər keçmişin bizə gəlib çatan qiymətli tarixi mədəniyyət abidələri, istərsə də müasir dövrdə yaradılmış gözəl sənət nümunələrini gələcək nəsillər üçün mühafizə etmək bu gün olduqca vacibdir. Bu baxımdan tədris etdiyimiz fənlərin gənclərin mənəvi inkişafında rolu böyükdür. Hər bir gəncin milli mənsubiyyətini dərk etməsi, soykökünə dərindən bələd olması, keçmişin ibrət dərslərindən nəticə çıxarmaq, tariximizi böyüməkdə olan nəsillərə hərtərəfli və düzgün öyrətmək, habelə başqa-başqa xalqların mədəniyyətinə, adət-ənənələrinə hörmət və məhəbbət hissi ilə yanaşmaq və s.məsələlərlə səciyyələnir. Bir mədəniyyətşünas kimi bunları tələbələrimə çatdırmağı özümə borc bilirəm. Milli şüur-milli tarixi yaddaşı, milli-mənəviəxlaqi dəyərləri,Vətən əxlaqı,Vətənə məhəbbət, milli həmrəylik, milli və ümumbəşəri qürur hisləri kimi mühüm keyfiyyətləri də özündə əks etdirir.
Bu baxımdan dünya muzeylərinin, tarixi mədəniyyət abidələrinin təbliği və öyrənilməsi hazırda Azərbaycanda yaşayan hər bir gəncin, vətəndaşın, tarix və Vətən qarşısında duran vətənpərvərlik, beynəlmiləlçilik borcu sayılır. Bu işin səmərəli təşkili isə bugünkü müstəqil və daima inkişafda olan Azərbaycanımız üçün böyük əhəmiyyətə malikdir”.
Bu istiqamətdə problemlərə gəldikdə isə V.Məmmədzadətəəssüflə qeyd etdi ki, dünyanın ən ağır işgəncələrinə, soyqırımına məruz qalmış millət kimi biz hələ də gənclərə vətənpərvərlik hissini doğru-dürüst aşılaya bilmirik: “Hətta dəfələrlə olub ki, sosial şəbəkədə Xocalı soyqırımı ilə bağlı şəkilləri paylaşanda mənə irad tutublar. Səbəb kimi isə deyiblər ki, bu, insanların psixoloji durumuna mənfi təsir edə bilər! Təbii ki, bu kimi fikirləri hər zaman rədd etdim.Qoy bu yaşanan faciələri bizim gənc nəsillər dəfələrlə görsünlər, o ağrıları, acıları hiss etsinlər, “ildə iki dəfə vətənpərvər olmasınlar!”Əslində, biz millət olaraq qəhrəmanıq, vətənpərvərik. Bizim Vətənin qürur duyulası şəhidləri var.Peşəsindən, ixtisasından asılı olmayaraq, hər birimiz Vətənimizin sıravi əsgərləri olmalıyıq. Bunun üçün də yaşananları unutmamalıyıq.Yeniyetmələrin, gənclərin milli-mənlik şüurunda yetişməsi üçün mədəniyyətin rolu əvəzsizdir. Gənc nəsli vətənpərvər yetişdirmək üçün ədəbiyyatımıza, kinomuza, musiqimizə,rəsm əsərlərimizə xalqın qəhrəmanlıq tarixini, yaşadığımız faciələrimizi emosional təsirə malik olaraq canlandırıbövladlarımızın məntiqinə yükləməliyik. Əvvəllər "Uzaq sahillərdə", "Dədə Qorqud", "Fəryad", "Haray Xocalı", "Qala" "Dolu" kimi filmlərimiz ekrana vəsiqə alırdı. Sevə-sevə o filmləri izləyib günlərlə o filmlərin təsirialtında düşünərdik.Amma son vaxtlarbelə əsərlərə çox az rast gəlinir.
Əsərlər yazılır, amma o əsərlərdə yaşanan faciələri bizə hiss etdirə bilmirlər. Hiss, həyəcan, emosiyalar sanki donub insanlarda. Bax bu məni çox qorxudur. Bu günlərdə qarşıma Xocalı soyqırımı faciəsi ilə bağlı bir musiqi əsəri çıxdı. Əsərin müəllifi Fransanın caz Akademiyasına qəbul olmuş yeganə azərbaycanlı, gənc cazmen, bəstəkar və pianoçu Etibar Əsədli idi. Tam səmimi deyirəm, bu əsəri durmadan bir neçə dəfə dinlədim, həm də göz yaşlarımı tuta bilmədən. Bu, həm də mənim üçün qürurverici idi, belə vətənpərvər və istedadlar gənclərimiz var. Etibar Əsədlinin belə vətənpərvər kimi yetişməsində onun ailəsinin rolunu dəyərləndirirəm. Bildiyim qədər onun atası Sahib Əsədli də Qubadlı kimi gözəl torpaqlarının həsrəti ilə yaşayır. Bunu həmin adını çəkdiyim əsərdə səsləndirdiyi muğamdakı fəryadında ürək ağrısıyla dinlədim.Gənclərimizinmilli ruhda böyüməsində cəmiyyət və ailənin rolu vacib amildir”.

Dürdanə Məmmədova: “Yeniyetmələr kiçik yaşlarından vətənpərvər ruhda böyüyürlər”

Təhsil Nazirliyi Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin “Ədəbi-diyarşünaslıq”dərnəyinin rəhbəri Dürdanə Məmmədova isə bildirdi ki, bu sahədə məktəblilərin tariximizi bilməsi çox önəmlidir: “Bu baxımdan, şagirdlərə istər dərs zamanı, istərsə də dərsdənkənar məşğələlər, ölkəmizin müxtəlif guşələrinə səfərləri zamanı tariximizlə bağlı həqiqətləri çatdırmalıyıq. Bu, gənclərdə Vətənə məhəbbət hissini artırmaqla yanaşı, həm də onların tariximizlə bağlı daha doğru məlumat əldə etməsinə imkan yaradar. Mən şagirdlərə tariximizlə bağlı hər zaman bu həqiqətləri çatdırmağa çalışıram. İl ərzində biz muzeylərə ekskursiyalarda və tədbirlərdə iştirak edirik. Şagirdlər muzeylərdən əyani vəsait kimi yararlanırlar. Muzeylərdə Qarabağa aid keçirilən tədbirlərdə, müharibə veteranları və şahidlərlə görüşlər olur. Onlar Qarabağ müharibəsinin, Xocalı faciəsinin dəhşətlərindən söhbət açdıqca şagirdlər canlı şahidləri diqqətlə dinləyirlər. Bu söhbətlər əsasında onlar düşmənə qarşı mübarizəni davam etdirməyi, Vətəni mənfur ermənilərdən azad etməyi özlərinə borc bilirlər. Biz dəfələrlə Qarabağ münaqişəsi haqqında şagirdlərə məlumatlar veririk. Hətta intellektual oyunlar zamanı söhbətin bir ucu Qarabağ münaqişəsinə gəlib çıxır. Məsələn, biz sorğu keçiririk. Gələcəkdə hansı peşəni seçərdiniz? Sinfin əksəriyyəti hərbini seçir. Hətta onlar Hərb Tarixi Muzeyində ekskursiya zamanı çox sevincli idilər. Hərbi texnikalarla yaxından tanışlıq onlar üçün çox maraqlı idi. Muzeydə digər bölmələrlə yanaşı, Qarabağa aid bölmə ilə də tanış oldular. 2016-cı il aprel döyüşlərini misal gətirmək olar. İgidlərimizin şəhid olmasına üzülsək də, bu hadisə bizim şərəf və qürur günümüz oldu. Şagirdlər arasında“Əsgərə məktub” adlı aksiya keçirildi. Onlar öz dəstəklərini məktublarla əsgərlərə çatdırırdılar. Mən çox sevinirəm ki, yeniyetmələr kiçik yaşlarından vətənpərvər ruhda böyüyürlər.
Bu gün gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin tərbiyəsi istiqamətində hər kəs əlindən gələni etməlidir ki, onlar tariximizi daha yaxından öyrənsinlər və bu hislər daha da güclənsin.

Nigar Abdullayeva
"Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün”




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Ölkənin metallurgiya sənayesində 13 faizdən çox artım müşahidə olunub
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Yalnızlıq qorxusu


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info