Məktəblərdə çipsi və qazlı suların satışı qadağan olunacaq
Tarix: 29.05.2013 | Saat: 21:39:00 | E-mail | Çapa göndər


Azərbaycanda təhsil müəssisələrində uşaq orqanizmi üçün zərərli məhsullar müəyyənləşdiriləcək və satışına qadağa qoyulacaq. Bunu jurnalistlərə açıqlamasında Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib.
Həsənov deyib ki, standartlara uyğun olaraq, uşaq orqanizmi üçün zərərli məhsullar müəyyənləşdiriləcək və onların satışına qadağa qoyulacaq:
“Hələlik bu məhsulların adlarını sadalamaq düzgün olmazdı. Ancaq hamımızın bildiyi məhsullar var ki, onlar zərərlidir. Bunların sırasında çipsi, qazlı suları qeyd etmək olar”.
Həsənovun sözlərinə görə, təhsil müəssisələrinin yeməkxanaları ilə bağlı standartlar artıq hazırlanıb. O qeyd edib ki, standartlar ən müasir tələblərə cavab verir və onların tətbiqinin tarixi Təhsil Nazirliyi ilə müəyyənləşdiriləcək.
Ramiz Həsənov həmçinin bildirib ki, Azərbaycanda yaxın vaxtlarda geni modifikasiya edilmiş məhsulların yoxlanılması üzrə laboratoriya fəaliyyətə başlayacaq. Onun sözlərinə görə, laboratoriyanın fəaliyyət göstərməsi ilə bağlı zəruri işlər həyata keçirilib: “Artıq laboratoriyanın binası inşa olunub, lazımi avadanlıqlar quraşdırılıb və laboratoriyada çalışan əməkdaşların təlim kursları keçirilib”. Həsənov qeyd edib ki, əsas narahatçılıq idxal olunan məhsullarla bağlıdır.
GÜNAY




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı
16.01.2019
Nazirlik işəgötürən şirkətlərə xəbərdarlıq etdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info