Ağdamda 7 cəbhəyanı kəndi birləşdirən avtomobil yolu yenidən qurulur
Tarix: 28.02.2018 | Saat: 14:21:00 | E-mail | Çapa göndər


Ağdam rayonunda Əfətli–Hacıturalı–Həsənxanlı avtomobil yolunun tikintisi “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi tərəfindən sürətlə davam etdirilir. Beş min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 yanvar tarixli Sərəncamı ilə dövlət büdcəsindən 2 milyon manat vəsait ayrılıb.
Tikintidə iş icraçısı Saləddin Dadaşov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, uzunluğu 5,4 kilometr olan avtomobil yolu IV texniki dərəcəyə uyğun inşa edilir. Tikinti işləri çərçivəsində yolun deformasiyaya uğrayan hissələri qazılaraq çıxarılıb, 10 metr enində yeni torpaq yatağı inşa olunub. İki hərəkət zolaqlı yola 6 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 2 metr enində çiyinlər daxildir. Layihə çərçivəsində yola müxtəlif yerlərdə 27 ədəd dəmir və beton suötürücü boru qoyulub.
Hazırda yola ikiqat olmaqla, 10 santimetr qalınlığında yeni asfalt-beton örtüyü döşənir. Artıq 3,5 kilometr hissədə asfalt-beton örtüyünün döşənməsi başa çatıb. Avtomobil yolunun tikintisinə lazımi sayda işçi və texnika cəlb edilib. Yolun tikintisinin qısa vaxtda başa çatdırılması nəzərdə tutulur.
Əfətli–Hacıturalı–Həsənxanlı avtomobil yolunun yenidən qurulması cəbhəyanı kəndlərin sakinlərinin sevincinə səbəb olub. Həsənxanlı kənd sakini Rüfət Hüseynov AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində deyib: “Uzun illər idi ki, yol sarıdan çətinlik çəkirdik. Quzanlı qəsəbəsinə və qonşu kəndlərə gedərkən həm avtomobilimiz sıradan çıxır, həm də vaxt itirirdik. İndi isə yollarımız yüksək keyfiyyətlə yenidən qurulur”.




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
“Strateji Menecment Məktəbi” layihəsinin təlimləri başa çatıb
15.02.2019
Neftçalakı günərzi qayğı mərkəzində uşaqlara reabilitasiya yönümlü sosial xidmətlər göstərilir
15.02.2019
Aldığınız məhsulu barkod ilə necə yoxlaya bilərsiz?
15.02.2019
Gədəbəy Rayon İcra Hakimiyyəti öz “asan xidmət”ini yaratdı
14.02.2019
Binəqədi RİH yanında İctimai Şura Uşaq Gənclər İnkişaf Mərkəzində tədbir keçirib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info