Çoxmillətli və çoxkonfessiyalı Azərbaycanda multikulturalizm həyat tərzidir
Tarix: 28.02.2018 | Saat: 15:25:00 | E-mail | Çapa göndər


Vyanada KAİCİİD Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi “Sülh üçün dinlərarası dialoq: Sülh içində birgəyaşayış və birgə vətəndaşlığı inkişaf etdirmək” mövzusunda Yüksək Səviyyəli Forum keçirilir.
Forum işini işçi qruplar, panellər və plenar iclasla davam etdirib. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə tədbirdə çıxış edib. O, Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını tədbirdə iştirak edən tanınmış dövlət və din xadimlərinə çatdırıb və yeni üzv seçildiyi Beynəlxalq Dialoq Mərkəzinə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Şeyxülislam çıxışında qeyd edib ki, bu gün bütün problemlərin fövqündə duran sülhün təmini və qorunması işində dövlət rəhbərlərinin, ictimai və dini liderlərin birgə əməkdaşlığı mütləq vacibdir. Tanrının xəlq etdiyi ən böyük dəyər insan həyatıdır və onun xilası ənənəvi dinlərin təlqin etdiyi humanist mənəvi dəyərlərdən, onların birgə əməkdaşlığı və dialoqundan keçir.
Müxtəlif dinləri və mədəniyyətləri təmsil edən insanların eyni cəmiyyətdə sülh içində birgəyaşayış və birgə vətəndaşlığı məsələsinə toxunan şeyxülislam bildirib ki, Azərbaycan bu sahədə nümunəvi ölkədir: “Təmsil etdiyim çoxmillətli və çoxkonfessiyalı Azərbaycanda multikulturalizm bizim həyat tərzimizdir. Ölkədə dövlət-din münasibətləri düzgün qurulub. BMT-nin dəstəklədiyi dəyərlərin sırasında mühüm yer tutan, vətəndaş cəmiyyəti və həqiqi demokratiyanın vacib elementi olan milli və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir. Azərbaycan Prezidenti İlham Əliyev etnik və dini müxtəlifliyi ölkəmizin milli sərvəti kimi dəyərləndirir”.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Aşura günü Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info