“SOCAR Turkey” və BP yeni müqavilə imzalayıb
Tarix: 28.02.2018 | Saat: 16:47:00 | E-mail | Çapa göndər


BP və “SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) yeni müqavilə imzalayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə BP məlumat yayıb. BP və STEAŞ BP-nin yeni nəsil PTA texnologiyası üçün lisenziya müqaviləsi imzalayıblar.
STEAŞ 2023-cü ilədək yekun investisiya qərarı qəbul edilənə qədər Türkiyənin Aliağa rayonunda illik 900 min ton tutuma malik yeni texnologiya qurmaq niyyətindədir.
“BP bu texnologiyanı Türkiyədə lisenziyalaşdırmaq və həyata keçirmək üçün STEAŞ ilə uzunmüddətli əlaqələr qurmaqdan məmnundur”, - deyə “BP Petrochemicals” baş əməliyyat direktoru Rita Griffin bildirib.
STEAŞ –ın əməliyyatlar üzrə departamentinin rəhbəri Emil Eminov deyib: “Bu investisiya Aliağada “Star” neft emalı və “Petkim” zavodlarının yaxınlığında qurulacaq yeni kompleks üçün rəqabətədavamlı, strateji və əlavə dəyər zənciri yaratmaq planımızın bir hissəsidir”.
Qeyd edək ki, SOCAR-ın Türkiyəyə planlaşdırılan sərmayələri ümumilikdə 19,5 milyard dollar civarındadır. Bu, 2020-ci ilə qədər nəzərdə tutulan investisiyaların ümumi həcmidir. Son 9 ildə şirkət 19,5 milyard dollarlıq investisiyanın 12,6 milyard dollarlıq hissəsini sərf edib. SOCAR qalan vəsaiti isə 2020-ci ilədək xərcləyərək Türkiyənin ən böyük xarici investoru olmağı hədəfləyir.
Hazırda SOCAR və digər Azərbaycan investisiyaları Türkiyəyə qoyulan birbaşa xarici sərmayənin 51 faizini təşkil edir. SOCAR-ın Türkiyədəki layihələrində ümumilikdə 35 min nəfər çalışır. Şirkət “Petkim”, “Star” neft emalı zavodu, TANAP kimi nəhəng layihələri ilə Türkiyə iqtisadiyyatına öz töhfəsini verir. STEAŞ-ın, həmçinin “Petlim”, “Petkim” külək elektrik stansiyası (Petkim RES), “SOCAR Dağıtım” ve “SOCAR Depolama” kimi şirkətləri fəaliyyət göstərir.
SOCAR 2008-ci ilin mayından etibarən Türkiyədəki fəaliyyətini STEAŞ adı ilə davam etdirir. STEAŞ-ın səhmdarları isə belədir: SOCAR - 87 faiz, “Goldman Sachs” - 13 faiz.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Bu il Dövlət İnvestisiya Proqramında azı 600 kəndin yolunun təmiri nəzərdə tutulub
18.09.2018
Prezident: Əsas ərzaq məhsulları ilə özümüzü təminetmə səviyyəsinə çox yaxınlaşmışıq
18.09.2018
“Kaşaqan” neftinin gələcəkdə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli planlaşdırılır”
18.09.2018
Masallıda 3230 hektar əkin sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq
18.09.2018
Ələt–Astara–İran ilə dövlət sərhədi–Biləsuvar avtomobil yolu yenidən qurulur

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info