Sumqayıtda “Şəhid Şəhər-Xocalı“ adlı tədbir keçirilib
Tarix: 28.02.2018 | Saat: 16:49:00 | E-mail | Çapa göndər


Sumqayıt şəhərində fəaliyyət göstərən "İdrak" liseyində Xocalı faciəsinin 26-cı ildönümü ilə əlaqədar tədbir keçirilib. “Şəhid Şəhər-Xocalı" adlı tədbir dövlət himnimizin oxunması ilə başladı. Liseyin direktor müavini Arif İbrahimov erməni qəsbkarları tərəfindən vəhşicəsinə törədilmiş faciə haqqında ətraflı məlumat verərək, bir sıra tarixi faktları tədbir iştirakçılarının nəzərinə çatdırdı. Faciə ilə bağlı sənədli kadrlar monitordan izlənildi. Daha sonra liseyin müəllim və şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiya təqdim olundu. Şagirdlərin ifasında hadisəyə həsr olunan şeirlər dinlənildi. Tədbirdə Qarabağ qaziləri Ülfət Həsənov, Anar Məmmədov, Rəhman Əlizadə, Eşqin Hüseynov, İlkin Talıbov, şairlərdən İlham Qəhrəman, Sevinc Qərib, şəhər ağsaqqalı Qərib Səlimov, 5 saylı Laçın orta məktəbinin müəllimi Murad Əkbər və digər qonaqlar iştirak edirdi. Tədbirin sonunda liseyin direktoru Xanım Alışova qonaqlara təşəkkür etdi.Qazilərə tədbirdə iştiraklarına görə diplom təqdim olundu. Xatirə şəkli çəkildi. Qeyd edək ki, tədbirin təşkilatçıları Arif İbrahimli və Elbəy Ağayevdir.

Fuad




 
Bölməyə aid digər xəbərlər
22.04.2019
DOST könüllüləri DOST mərkəzlərində fəaliyyətə hazırlaşırlar
22.04.2019
Ənənəvi turnirin püşkü atılıb: İki debütant, üç qrup
20.04.2019
Taksidə siqaret çəkməyin!
19.04.2019
“NAR” işçi axtarır
19.04.2019
İşəgötürən əməyin mühafizəsi məqsədilə işçiləri fərdi mühafizə vasitələri ilə təmin etməlidir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info