Qazaxıstan nümayəndə heyəti üçün ölkəmizin müasir sığorta-pensiya sisteminə dair təqdimat keçirilib
Tarix: 28.02.2018 | Saat: 17:09:00 | E-mail | Çapa göndər


Əmək və sosial müdafiə sahəsində ölkəmizdə aparılan islahatlar və bu sahədə yaradılmış müasir və şəffaf sistemlərlə tanış olmaq məqsədilə Azərbaycanda səfərdə olan Qazaxıstan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyəti üçün sığorta-pensiya sisteminə aid təqdimat keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda təşkil edilən tədbirdə vurğulanıb ki, Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi islahatlar konsepsiyasının prioritet istiqamətlərindən biri kimi, 2006-cı ilin əvvəlindən ölkədə beynəlxalq standartlara tam cavab verən, sosial sığorta, fərdi uçot və pensiya təminatı sahəsində funksiyaların bir-birini tamamladığı müasir sığorta-pensiya sistemi tətbiq olunur. Bu sistem ödənilən məcburi dövlət sosial sığorta haqqı ilə pensiya məbləği arasında birbaşa qarşılıqlı əlaqəni təmin etməklə, sosial sığorta sistemində iştirak vasitəsilə vətəndaşların bazar iqtisadiyyatı şəraitində sosial risklərdən səmərəli müdafiəsinə təminat verir, onların layiqli pensiya təminatı imkanlarına malik olmasına əsas yaradır.
Tədbirdə hazırda 1,3 milyon nəfər pensiyaçıya və ya əhalinin 13,3 faizinə ölkəmizdə reallaşdırılan çoxkomponentli sosial müdafiə sisteminin mərkəzi həlqəsi kimi pensiya ödənişlərinin aparıldığı qeyd olunaraq, ötən dövrdə sığorta-pensiya sisteminin uğurlu fəaliyyətini təmin edən, əhalinin layiqli pensiya təminatının artırılmasına əsas yaradan, pensiya məbləğlərində ildən-ilə artım dinamikasını şərtləndirən məqsədyönlü sosial müdafiə tədbirləri barədə ətraflı məlumat verilib.
Təqdimatda həmçinin pensiya sistemində 2017-ci ildə həyata keçirilmiş qabaqcıl dünya təcrübəsinə söykənən köklü islahatlardan, eyni zamanda bu sistemin elektron infrastrukturu, əhaliyə həm sığorta, həm də pensiya münasibətləri üzrə xidmətlərin elektron müstəvidə şəffaf şəkildə təşkili, o cümlədən avtomatlaşdırılmış pensiya təminatı mexanizmindən geniş bəhs olunub
Azərbaycanın sığorta-pensiya sistemində aparılmış islahatların, bu sahədə, eləcə də əmək və sosial müdafiə sisteminin digər sahələrində müasir texnologiyaların geniş tətbiqi şəraitində qurulan səmərəli idarəetmə və şəffaf xidmət mexanizmlərinin beynəlxalq səviyyədə də qabaqcıl təcrübələr kimi dəyərləndirildiyi və təbliğ olunduğu diqqətə çatdırılıb.
Tədbir zamanı nümayəndə heyətini maraqlandıran suallar da cavablandırılıb, onlarla təcrübə mübadiləsi aparılıb.
Qazaxıstan nümayəndə heyəti üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin digər avtomatlaşdırılmış sistemlərinə, həmçinin ölkəmizdə göstərilən sosial xidmətlərə dair təqdimatların keçirilməsi, nümayəndə heyətinin nazirliyin “Çağrı mərkəzi”, “Məzun evi” sosial müəssisəsi və s. ilə yaxından tanış olması da planlaşdırılıb.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Qırğızıstanda türk dövlətlərinin etnofestivalı keçirilib
20.04.2019
Azərbaycan startap-ekosistem reytinqində mövqeyini yaxşılaşdırıb
19.04.2019
Ramil Usubov xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib
19.04.2019
17 yaşlı azərbaycanlı Türkiyədə 56 min dollar təqaüd alacaq
19.04.2019
“Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir“

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
4 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info