Ağstafanın qəsəbələrində yeni içməli su xətləri istifadəyə verilib
Tarix: 28.02.2018 | Saat: 17:10:00 | E-mail | Çapa göndər


Ağstafa rayonunun 4 yaşayış məntəqəsinə - Soyuqbulaqlar, Qarayazı, Soyuqbulaq və Həzi Aslanov qəsəbələrinə çəkilən içməli su xətlərinin açılış mərasimi keçirilib. Su xətləri Prezidentin “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2017-ci il 23 avqust tarixli Sərəncamına əsasən çəkilib.
Bu münasibətlə keçirilən mərasimdə rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov, “Birləşmiş Sukanal” MMC-nin direktoru Ramin Sadıqov, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, eləcə də həmin yaşayış məntəqələrinin sakinləri iştirak ediblər.
Tədbiri açan rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev qəsəbələrin sakinlərini əlamətdar hadisə münasibətilə təbrik edib, rayonda aparılan abadlıq-quruculuq işlərindən danışıb.
“Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov çıxış edərək Prezidentin Sərəncamına əsasən çəkilmiş yeni su xətlərinin qəsəbələrin sakinlərinin içməli suya olan tələbatını tam ödəyəcəyini deyib.
Tədbirdə qəsəbələrin sakinləri Teymur Qurbanov, ağsaqqal Elxan Mustafayev, ziyalılar Mais Bəhrəmov, Fəramiz Məmmədov və digərləri bildiriblər ki, bu yaşayış məntəqələrinin tam qazlaşdırılması, ötən ilin sonunda qəsəbələri rayon mərkəzi ilə əlaqələndirən avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması, hazırda isə yeni içməli su xəttinin istismara verilməsi onlara göstərilən yüksək dövlət qayğısının nəticəsidir.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info