“SOCAR Polymer” zavodunda ilk dəfə polipropilen istehsal edilib
Tarix: 28.02.2018 | Saat: 17:35:00 | E-mail | Çapa göndər


“SOCAR Polymer” zavodunda ilk dəfə sınaq məqsədilə polipropilen məhsulu istehsal olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb. Bildirilir ki, fevralın 27-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkətin vitse-prezidentlərinin iştirakı ilə “SOCAR Polymer” zavodunda nümayiş və sınaq məqsədilə ilk dəfə polipropilen məhsulunun istehsalı həyata keçirilib. Sumqayıta işgüzar səfəri çərçivəsində SOCAR-ın prezidenti “Azərikimya” İB, “SOCAR Karbamid” və “SOCAR Polymer” müəssisələrinə baxış keçirib, yeni zavodlarda istismarın başlanması ərəfəsində hazırlıq işlərinə dair təlimatlar verib.
SOCAR-ın “Azərikimya” İB-də hazırda texnoloji qurğuların yenilənməsi üzrə işlər davam edir. Bununla yanaşı müəssisədə yeni qurğuların və yardımçı sahələrinin inşası işləri aparılır. “Azərkimya” üzrə yenidənqurma işlərinin tamamlanması 2019-cu ildə nəzərdə tutulur.
“SOCAR Karbamid” zavodunda tikinti işləri sona çatmaq üzrədir və bir aydan sonra artıq sınaq-sazlama işlərinə başlanılacaq. Zavodda ilk məhsul -ammonyakın istehsalı bu ilin avqust ayında planlaşdırılır. Cari ilin oktyabr ayında isə zavodun yekun məhsulu - azot gübrəsi (karbamid) istehsal olunacaq. İstehsal ediləcək karbamidin təxminən 150 min tonu daxili tələbatı tam təmin edəcək və nəticədə Azərbaycanda gübrənin idxalına illik sərf olunan 55 milyon dollar vəsait ölkə daxilində qalacaq. Məhsulun qalan 450-500 min tonluq həcmi isə ixrac üçün nəzərdə tutulur, bu da ölkəyə əlavə valyuta vəsaitinin gətirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
“SOCAR Polymer” müəssisəsi polipropilen və yüksəksıxlıqlı polietilen istehsal edən iki zavoddan ibarətdir. Bu zavodların istismara verilməsi cari ilin 2-ci və 4-cü rüblərində planlaşdırılır. Zavodların işçi heyəti artıq tam formalaşıb, müvafiq təlimlərdən keçərək yüksək peşəkarlıq səviyyəsinə çatdırılmışdır. Sənaye səmərəliliyinin artırılması məqsədi ilə “SOCAR Polymer” zavodlarının rəqəmsallaşması “SAP” (Sistem Analizi və Proqramlaşdırma) modullarının vasitəsi ilə təmin olunacaq.
Zavodun ekstruziya zonasında quraşdırılmış avadanlıqların baxışı zamanı polipropilen qranullarının kəsilməsi prosesinə start verilib və ilk dəfə sınaq məqsədilə yekun polipropilen məhsulu istehsal olunub.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib: “Sumqayıtda kimya sənayesinin dirçəlişi ölkəmiz üçün yeni və dayanıqlı gəlir mənbəyi deməkdir. Bu il emal və kimya sənayesində SOCAR-ın 3 böyük layihəsi tamamlanmaq üzrədir. “SOCAR Karbamid”, “SOCAR Polymer”, Türkiyədə “Star” neft emalı zavodunun bu il ərzində istismara verilməsi ilə milli sərvətimizə əlavə dəyər qatan böyük missiyanın növbəti mərhələsinə qədəm qoyulacaq”.
Son illərdə regionda tikilən ən böyük kimya müəssisələri “SOCAR Polymer” və “SOCAR Karbamid” artıq cari ildə istismara veriləcək. SOCAR-ın kimya sənayesində həyata keçirdiyi layihələrin bir xüsusiyyəti də bundan ibarətdir ki, bu müəssisələr SOCAR-ın digər müəssisələri ilə dəyər zəncirində birlik təşkil edəcək. Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu “Azərikimya” İB-nin Sumqayıtdakı Etilen-polietilen zavodu və “SOCAR-Polymer”in iki qurğusu ilə dəyər zənciri üzrə calaşdırılacaq, bu da istehsalatın daha da səmərəli təşkil olunması üçün zəmin yaradacaq. Həmçinin Türkiyədəki “Star” neft emalı zavodu SOCAR-ın digər strateji aktivi olan “Petkim” neft-kimya kompleksinin xammal təchizatına töhfə verməklə hər iki müəssisəni vahid dəyər zəncirində birləşdirəcək.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Azərbaycan dünyanın 25-ə yaxın ölkəsinə fındıq məhsulu ixrac edir
12.11.2018
AQTA-da meyvə-tərəvəz istehsalı və ixracatı ilə məşğul olan sahibkarlarla görüş keçirilib
12.11.2018
Azərbaycan Şəkər İstehsalat Birliyindən iqtisadiyyata daha bir töhfə
12.11.2018
Bakı rusiyalı turistlərin şopinqi üçün ən yaxşı şəhərdir
12.11.2018
Prezident Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasının açılışında iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info