Qida Təhlükəsizliyi İnstitutu yaradılır
Tarix: 28.02.2018 | Saat: 17:52:00 | E-mail | Çapa göndər


Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun fəaliyyət sahələri müəyyənləşir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində publik hüquqi şəxs statuslu Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun yaradılması nəzərdə tutulub.
Qida Təhlükəsizliyi Agentliyindən “Palitra”ya bildiriblər ki, Nizamnaməsi və strukturu hazırlanmaqda olan İnstitut qida məhsullarının təhlükəsizliyi sahəsində elmi-praktik araşdırmalar aparacaq, elmi prinsiplərə əsaslanan risk qiymətləndirilməsi həyata keçirəcək, qida təhlükəsizliyi sahəsində normativ-texniki aktların layihələrini hazırlayacaq, qida məhsullarına dair beynəlxalq standartların qida məhsullarının istehsalçıları tərəfindən könüllü tətbiqi, qida məhsullarının təhlükəsizliyi göstəriciləri üzrə tədqiqat xidmətləri göstərəcək.
Dünya praktikasında Avropa ölkələrində, Amerikada həm dövlət səviyyəsində, həm də müstəqil olaraq analoji institutlar mövcuddur. Qida sahəsində xüsusilə elmi araşdırmaların aparılmasında bu institutların çox böyük əhəmiyyəti var. Beynəlxalq təcrübədən məlum olduğu kimi, belə institutların tədqiqatlarının mərkəzində, hər hansı qida məhsullarının insan orqanizminə təsiri üzrə çoxillik araşdırmalardan tutmuş, qablaşdırmalar, qida əlavələri, müxtəlif məhsulların inqrediyentlərinədək qida təhlükəsizliyinin bütün aspektlərinin öyrənilməsi durur, təcrübələr qoyulur, alınan nəticələr növbəti mərhələlərdə standart və tələblərin yaradılması üçün əsas və istinad rolu oynayır. Eləcə də təhlükəli qida məhsullarının insan orqanizmində yarada biləcəyi xəstəliklər, risklər öyrənilir, onların dərəcələri barədə məlumatlar verilir.
Nigar




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Gələcəyin iqtisadiyyatı: peyk müşahidəsi ixrac potensialını yüksəldəcək
19.11.2018
Doqquz ayda Azərbaycanda 94,5 min daimi iş yerləri açılıb
19.11.2018
Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzvlük Azərbaycan üçün yeni imkanlar deməkdir
19.11.2018
Lukaşenko: “Bizim münasibətlərimizdə heç vaxt qapalı mövzu olmayacaq”
19.11.2018
Son 15 ildə Azərbaycanda 2 milyona yaxın yeni iş yeri yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info