Tərtərdə yeni Olimpiya İdman Kompleksi tikiləcək
Tarix: 28.02.2018 | Saat: 18:52:00 | E-mail | Çapa göndər


Tərtər rayonunda yeni Olimpiya İdman Kompleksinin (OİK) təməlqoyma mərasimi keçirilib. Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən bildirilib ki, tədbirdə nazir Azad Rəhimov, rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev və digər rəsmilər iştirak ediblər.Tədbirdə çıxış edən Azad Rəhimov deyib ki, hazırda ölkədə 43 OİK fəaliyyət göstərir. Nazir bu  il ölkəmizdə daha iki- Lənkəran və Beyləqan OİK-in də istifadəyə veriləcəyini diqqətə çatdırıb.
Qeyd edək ki, Tərtər Olimpiya İdman Kompleksinin tikintisi "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda nəzərdə tutulub. Kompleksin 2019-cu ildə istifadəyə verilməsi planlaşdırılıb. Kompleksin tikintisini Azərbaycan şirkəti olan "Xəzər inşaat" MMC-i icra edəcək. Kompleksin tikintisi məqsədi ilə Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən 4 hektar torpaq sahəsi ayrılıb. İnşa ediləcək Olimpiya İdman Kompleksinin Tikintialtı sahəsi 7320 m2, ümumi sahəsi 10792 m2, yaşıllıq sahəsi 27624 m2, abadlıq sahəsi 5057 m2-dir. Əsas idman kompleksi binası 6 hissədən (blokdan) və 1,2 və 3 mərtəbələrdə ibarət olmaqla aşagıdakı göstəricilərə malikdir: Tərtər Olimpiya İdman Kompleksininin hazırlanmış baş planına əsasən ərazidə 1000 nəfərlik  tamaşaçı tribunası olan Futbol stadionu, Mini-futbol meydançası, Voleybol - basketbol meydançaları inşa ediləcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info