BANM və “ASAN xidmət”in birgə layihəsi başlayır
Tarix: 28.02.2018 | Saat: 20:17:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbi (BANM) və “ASAN xidmət”in ASAN Könüllülük Məktəbi ilk dəfə öz birgə layihələrini – Karyera Sərgisini təşkil edəcək. BANM-ın kampusunda keçiriləcək sərgi 1 Mart, saat 10:00-dan – 17:00-dək davam edəcək. ASAN Könüllülük Məktəbinin “ASAN kadr” karyera mərkəzi tərəfindən layihələndirilən Karyera Sərgisinin əsas məqsədi ölkənin aparıcı şirkətləri ilə öz karyeralarını qurmaq istəyən potensial gənc kadrları görüşdürmək və hər iki tərəfi yararlandırmaqdır.
Sərgidə 50-dən çox şirkət artıq öz iştirakını təsdiq edib. Bu şirkətlərə SOCAR, Paşa Siğorta, Gilan Holdinq, EY, KPMG, Delloitte, PwC Azerbaijan, “Azercell”, BP Exploration Caspian Sea Azerbaijan, Atəşgah Siğorta, Azər Türk Bank, Fireworks HR Agency, “Coca-cola Bottlers Ltd”, Azərsun Holding, Holday İnn Hotel Baku, Kapital Bank ASC, JW Marriott Absheron Baku, Rabitabank ASC, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Silk Way Bank, European Tobacco Baku ASC, SOCAR Polymer, Kapital Bank ASC, NOVA Digital Solutions, NOVCO Group və başqaları daxildir. Sərgidə iştirak edən gənclər həmin şirkətlərin insan resursları üzrə mütəxəssislərilə görüşmək, CV-lərini təqdim etmək şansı əldə edəcəklər. Burada işəgötürənlər və namizədlər üçün üz-üzə görüşlərin təşkil olunması və məlumat mübadiləsi məqsədilə əlaqələrin qurulması üçün çox gözəl şərait yaradılacaq.
Qeyd edək ki, BANM və “ASAN xidmət” gənc mütəxəssislərin işlə təmin olunması məsələrinə hər zaman xüsusi diqqət yetirən müəssisələr sırasındadır. Xatırladaq ki, BANM-ın ötənilki məzunlarının 100%-i artıq işlə təmin olunub, ASAN Könüllülük Məktəbindən isə bu günə kimi 860-dən çox məzun ASAN kadr işlə təmin edilib. 

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info