“Haykakan Jamanak”: “2 minə yaxın erməni Çexiyadan sığınacaq istəyir”
Tarix: 28.02.2018 | Saat: 20:49:00 | E-mail | Çapa göndər


Ermənistanda işğalçılıq siyasəti ilə ölkəni təcrid vəziyyətinə salan hökumət iqtisadi böhranın yaratdığı çətinlikləri aradan qaldıra bilmir. Yaranmış sosial-iqtisadi çətinlik isə ölkə vətəndaşlığından imtina edənlərin sayının günbəgün artırır. Ağır iqtisadi sosial şəraitin hökm sürdüyü Ermənistanda əhali ölkədən qaçmağın yeni yollarını axtarır. Onlar dünyanın istənilən yerində yaşamağa hazırdırlar. Bir tək Ermənistanda qalmasınlar.
Bu barədə “Haykakan Jamanak” qəzeti yazır. Təkcə ötən il Çexiyada sığınacaq almaq üçün 2000-ə yaxın Ermənistan vətəndaşı müraciət edib. Bu rəqəmləri ölkənin Daxili İşlər Nazirliyi açıqlayıb. Bundan başqa 25 min erməni Rusiyadan vətəndaşlıq  istəyib.  ABŞ, Böyük Britaniya, Fransa kimi ökələrə isə ermənilərin axını azalıb. Buna səbəb ABŞ Ədliyyə Nazirliyinin ermənilərin viza dələduzluğu ilə məşğul olan dəstəsini ifşa etməsidir.  Belə ki, dəstə üzvləri kifayət qədər yaxşı pul müqabilində öz həmvətənlərinə saxta sənədlərlə vizalar düzəldirdilər. Böyük Britaniya və Fransada isə miqrasiya şərtləri sərtləşdirildiyi üçün ermənilər bu ölkələrə sığına bilmirlər. Onlar hazırda daha çox asan vətəndaşlıq ala biləcəkləri yerlər axtarırlar. Son bir ildə 4000-ə yaxın erməni ölkə vətəndaşlığından çıxıb. Bu say isə getdikcə artır. Ermənistan statistika xidmətinin əhalinin siyahıya alınması və demoqrafiya şöbəsi də xəbər verir ki, miqrasiya nəticəsində ölkədə daimi əhalinin sayı kəskin azalıb. Çünki xaricə üz tutanların böyük əksəriyyəti geri qayıtmırlar.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
“Rusiya hərbi bazasının bütün xərcləri Ermənistan dövlətinin büdcəsindən ayrılır”
16.01.2019
Lavrov: Rusiya növbəti Rusiya-İran-Azərbaycan sammitini hazırlayır
16.01.2019
Ermənistanda sığorta agentləri və vergi ödəyiciləri etiraz edirlər
16.01.2019
Erməni deputat: Paşinyan Qarabağla bağlı danışıqları qondarma rejimin deyil, yalnız Ermənistanın mövqeyindən aparacaq
15.01.2019
Ermənistan parlamentindəki deputatarın əksəriyyəti bilik və təcrübəyə malik deyillər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10563

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info