“Armedia.am”: “Azərbaycanlı bloger ermənilərin məzarlıqları dağıtmadığını etiraf etdi”
Tarix: 01.03.2018 | Saat: 00:25:00 | E-mail | Çapa göndər


Erməni mətbuatı Orduxanın ermənilərin “günahsız olması” fikrinə istinad edir

“Qarabağda ermənilər bütün məzarlarımızı dağıtmayıblar. Düzdür, bizim məzarlarımız, məscidlərimiz erməni keçilərinin, donuzlarının altındadır. Amma bilərəkdən, vandalizm formasında o məzarları dağıtmayıblar.
Dağıtmırlar da”. Bu fikirlər Azərbaycanda heç bir siyasi fəaliyyəti ilə tanınmayan, hansısa yolla Avropaya gedib siyasi sığınacaq alaraq yaşayan radikal müxalifətçi Orduxan Teymurxana məxsusdur. Bununla bağlı sosial şəbəkələrdə yayılan videoda aşkar görünür ki, o xarici ölkələrdən birində təşkil olunan tədbirdə çıxış edərək ermənilərin abidələrimizi, məscid və məzarlıqlarımızı dağıtmadıqlarını iddia edir. Hər dövrün öz “Yalıncıqları”, “Səhl Sumbatları” və digər satqın, ikiüzlü, millətinə, xalqına, xalqının qəhrəmanlarına qarşı çıxan arzuolunmaz şəxsləri olub... Bu gün də xalq olaraq böyük zərbələri təkcə düşmənlərimizdən deyil, bəzən də «sapı özümüzdən olan baltalar»dan alırıq. Məsələn, düşmənin təbliğat maşını üçün çalışan Orduxan Teymurxan və ona qoşulan bir qrup xarici ölkələrə sığınmış “siyasi mühacirlər” bu işin öhdəsindən, sözün həqiqi mənasında, peşəkarcasına gəlirlər. Təsəvvür edin ki, bu adam-Orduxan öz dilindən çıxan sözə belə sahib ola bilmir və bu gün bəyan edir ki, mən ermənilər haqqında elə bir fikir səsləndirməmişəm, ermənilərə düşmən gözüylə baxıram. Sual olunur, erməniyə düşmən gözü ilə baxan bir “siyasət” adamı niyə belə fikirlər səsləndirsin axı? Məsələnin ən dəhşətli və təəssüf doğuran tərəfi odur ki, artıq onun bu çıxışını erməni saytları əllərində bayraq edərək dünyaya yaymağa başlayıblar. Buna misal olaraq Ermənistanın məşhur xəbər saytları olan “News.am” və “Armedia.am”-ın ingilis dilində Orduxanla bağlı məqalə dərc etməsini göstərmək olar. Erməni saytları öz “dostlarından” olan Orduxanın fikirlərini olduğu kimi tərcümə edərək yazırlar ki, “azərbaycanlı bloger və siyasi mühacir olan Orduxan Teymurxan ermənilərin Qarabağda vəhşiliklərə, vandallığa yol vermədiyini dilə gətirir, etiraf edir.O məscid və məzarlıqların da ermənilərin dağıtmadığını deyir.” Çox dəhşətli bir mənzərə yaranır-milli hissini itirmiş və gecə- gündüz ölkə rəhbərinə, eləcə də ölkəmizə qarşı antitəbliğatla məşğul olan biri ən qatı düşmənimizin günahkar olmadığını deyir və bu da ermənilər üçün göydəndüşmə olur. Sabah istənilən əcnəbiyə bu görüntüləri göstərən erməni onları asanlıqla inandıra biləcək ki, azərbaycanlılar özləri öz dilləri ilə bizim işğalçı, barbar millət olmadığımızı deyirlər. Bütün bunlar onu deməyə əsas verir ki, Orduxan, Məhəmməd Mirzəli, Emin Milli, Həbib Müntəzir və digər xaricdə sığınacaq alıb haray-həşir salanların davası hakimiyyətlə deyil, xalqladır və fikirlərində də səmimi deyillər. Bu «üzdəniraqlar» təkcə antimilli düşüncə ilə seçilmirlər, həm də şübhəli erməni təəssübkeşliyi ilə də beləcə, gündəmə gəlməyi bacarırlar. Milli həqiqətlərimizi inkar etmək, xalqımızı aşağılamaq, faciələrimizi danmaq o deməkdir ki, bütün günahları azərbaycanlıların üzərinə atırlar!

Məsələnin ən dəhşətli və təəssüf doğuran tərəfi odur ki, artıq onun bu çıxışını erməni saytları əllərində bayraq edərək dünyaya yaymağa başlayıblar. Buna misal olaraq Ermənistanın məşhur xəbər saytları olan “News.am” və “Armedia.am”-ın ingilis dilində Orduxanla bağlı məqalə dərc etməsini göstərmək olar. Erməni saytları öz “dostlarından” olan Orduxanın fikirlərini olduğu kimi tərcümə edərək yazırlar ki, “azərbaycanlı bloger və siyasi mühacir olan Orduxan Teymurxan ermənilərin Qarabağda vəhşiliklərə, vandallığa yol vermədiyini dilə gətirir, etiraf edir.O məscid və məzarlıqların da ermənilərin dağıtmadığını deyir.”

Belə bir mövqe sərgiləmək nəyə və kimə xidmət edir axı? Cavab çox sadədir-erməni lobbisinə, Ermənistana və onlara yaxın bir sıra siyasi dairələrə. Bir balaca məsələləri dərindən analiz eləsək belə qənaətə gəlmək olar ki, bu adamlar ilboyu sakit dayanaraq hərdən bir siyasi aksiyalar keçirdilər, seçkilər yaxınlaşan kimi isə göbələk kimi artmağa başladılar. Üstəgəl, erməni təəssübkeşliyi ilə də gündəmdə qalmağı bacardılar. Heç olmasa, bu adamlar Xocalıda qətlə yetirilən 600-dən çox günahsız insanların ruhundan utansınlar... Xocalı faciəsinin 26-cı ildönümündə erməni mətbuatının məhz Orduxanın fikirlərinə istinad eləməsi bizim milli faciələrimizdən biri sayılmalıdır. Əslində, mən buna milli faciə də deməzdim. Çünki artıq Orduxanı və onun kimilərini milli saymıram, onların bizim millətə aidiyyəti yoxdur. Bax, bu məqamları, ermənilər üçün göydəndüşmə olan açıqlamaları, aksiya və fəaliyyətləri görəndə, onlarda erməni ruhunun olduğunu söyləyənlər haqsız və qərəzli görünmürlər. Millətini sevən şəxs belə fikirləri dilinə gətirməz, olmayan soyqırımını əlində bayraq edən erməniyə olmuş bir soyqırımı-Xocalı faciəsini xatırladardı. Daha durub deməzdi ki, ermənilər Qarabağda vandalizm etməyiblər. Belə bir kəlam var- ”Şəxsinizə edilən pisliyi bağışlayın, millətinizə edilən pisliyi əsla bağışlamayın”. Xalq da azərbaycanlılara edilən bu xəyanəti, pisliyi heç vaxt bağışlamayacaq!
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
FAO-nun Romadakı baş ofisində “Azərbaycan otağı”nın açılışı olub
25.09.2018
Azərbaycan ilə ABŞ arasında ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
25.09.2018
XİN:İşğal olunmuş ərazilərdə növbəti təxribatçı addım ağır fəsadlara yol aça bilər
25.09.2018
“Aksam.com.tr”: “Türk Aerokosmik Sənayesi Azərbaycanla əməkdaşlıq etməyə hazırlaşır”
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi “ADEX-2018”də 270-dən çox məmulat nümayiş etdirir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info