Bu il SOCAR-ın 3 böyük zavodu istifadəyə veriləcək
Tarix: 01.03.2018 | Saat: 00:53:00 | E-mail | Çapa göndər


Rövnəq Abdullayev: “SOCAR Karbamid”, “SOCAR Polymer”, Türkiyədə “Star” neft emalı zavodunun istismara verilməsi ilə milli sərvətimizə əlavə dəyər qatan böyük missiyanın növbəti mərhələsinə qədəm qoyulacaq”

“SOCAR Polymer” zavodunda ilk dəfə sınaq məqsədilə polipropilen məhsulu istehsal olunub. SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkətin vitse-prezidentlərinin iştirakı ilə “SOCAR Polymer” zavodunda nümayiş və sınaq məqsədilə ilk dəfə polipropilen məhsulunun istehsalı həyata keçirilib. Sumqayıta işgüzar səfəri çərçivəsində SOCAR-ın prezidenti “Azərikimya” İB, “SOCAR Karbamid” və “SOCAR Polymer” müəssisələrinə baxış keçirib, yeni zavodlarda istismarın başlanması ərəfəsində hazırlıq işlərinə dair təlimatlar verib. SOCAR-ın “Azərikimya” İB-də hazırda texnoloji qurğuların yenilənməsi üzrə işlər davam edir. Bununla yanaşı müəssisədə yeni qurğuların və yardımçı sahələrinin inşası işləri aparılır. “Azərkimya” üzrə yenidənqurma işlərinin tamamlanması 2019-cu ildə nəzərdə tutulur. “SOCAR Karbamid” zavodunda tikinti işləri sona çatmaq üzrədir və bir aydan sonra artıq sınaq-sazlama işlərinə başlanılacaq. Zavodda ilk məhsul -ammonyakın istehsalı bu ilin avqust ayında planlaşdırılır. Cari ilin oktyabr ayında isə zavodun yekun məhsulu - azot gübrəsi (karbamid) istehsal olunacaq. İstehsal ediləcək karbamidin təxminən 150 min tonu daxili tələbatı tam təmin edəcək və nəticədə Azərbaycanda gübrənin idxalına illik sərf olunan 55 milyon dollar vəsait ölkə daxilində qalacaq. Məhsulun qalan 450-500 min tonluq həcmi isə ixrac üçün nəzərdə tutulur, bu da ölkəyə əlavə valyuta vəsaitinin gətirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. “SOCAR Polymer” müəssisəsi polipropilen və yüksəksıxlıqlı polietilen istehsal edən iki zavoddan ibarətdir. Bu zavodların istismara verilməsi cari ilin 2-ci və 4-cü rüblərində planlaşdırılır. Zavodların işçi heyəti artıq tam formalaşıb, müvafiq təlimlərdən keçərək yüksək peşəkarlıq səviyyəsinə çatdırılmışdır. Sənaye səmərəliliyinin artırılması məqsədi ilə “SOCAR Polymer” zavodlarının rəqəmsallaşması “SAP” (Sistem Analizi və Proqramlaşdırma) modullarının vasitəsi ilə təmin olunacaq. Zavodun ekstruziya zonasında quraşdırılmış avadanlıqların baxışı zamanı polipropilen qranullarının kəsilməsi prosesinə start verilib və ilk dəfə sınaq məqsədilə yekun polipropilen məhsulu istehsal olunub. SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib: “Sumqayıtda kimya sənayesinin dirçəlişi ölkəmiz üçün yeni və dayanıqlı gəlir mənbəyi deməkdir. Bu il emal və kimya sənayesində SOCAR-ın 3 böyük layihəsi tamamlanmaq üzrədir. “SOCAR Karbamid”, “SOCAR Polymer”, Türkiyədə “Star” neft emalı zavodunun bu il ərzində istismara verilməsi ilə milli sərvətimizə əlavə dəyər qatan böyük missiyanın növbəti mərhələsinə qədəm qoyulacaq”. Son illərdə regionda tikilən ən böyük kimya müəssisələri “SOCAR Polymer” və “SOCAR Karbamid” artıq cari ildə istismara veriləcək. SOCAR-ın kimya sənayesində həyata keçirdiyi layihələrin bir xüsusiyyəti də bundan ibarətdir ki, bu müəssisələr SOCAR-ın digər müəssisələri ilə dəyər zəncirində birlik təşkil edəcək. Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu “Azərikimya” İB-nin Sumqayıtdakı Etilen-polietilen zavodu və “SOCAR-Polymer”in iki qurğusu ilə dəyər zənciri üzrə calaşdırılacaq, bu da istehsalatın daha da səmərəli təşkil olunması üçün zəmin yaradacaq. Həmçinin Türkiyədəki “Star” neft emalı zavodu SOCAR-ın digər strateji aktivi olan “Petkim” neft-kimya kompleksinin xammal təchizatına töhfə verməklə hər iki müəssisəni vahid dəyər zəncirində birləşdirəcək. Onu da qeyd edək ki, BP və STEAŞ BP-nin yeni nəsil PTA texnologiyası üçün lisenziya müqaviləsi imzalayıblar. STEAŞ 2023-cü ilədək yekun investisiya qərarı qəbul edilənə qədər Türkiyənin Aliağa rayonunda illik 900 min ton tutuma malik yeni texnologiya qurmaq niyyətindədir. “BP bu texnologiyanı Türkiyədə lisenziyalaşdırmaq və həyata keçirmək üçün STEAŞ ilə uzunmüddətli əlaqələr qurmaqdan məmnundur”, - deyə “BP Petrochemicals” baş əməliyyat direktoru Rita Griffin bildirib. STEAŞ –ın əməliyyatlar üzrə departamentinin rəhbəri Emil Eminov deyib: “Bu investisiya Aliağada “Star” neft emalı və “Petkim” zavodlarının yaxınlığında qurulacaq yeni kompleks üçün rəqabətədavamlı, strateji və əlavə dəyər zənciri yaratmaq planımızın bir hissəsidir”.
Anar




 
Bölməyə aid digər xəbərlər
20.06.2019
Azərbaycan nefti bahalaşdı
19.06.2019
Cari ildə ölkədə 145 min ton metanol istehsal edilib
19.06.2019
“Bursagaz” və “Kayserigaz”ın SOCAR-ın idarəçiliyində ilk iclasları keçirilib
19.06.2019
İlin 5 ayı ərzində qeyri-neft sektorunda ixrac 17,8 faiz artıb
19.06.2019
Nur-Sultanda Azərbaycan ticarət evi açılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10810

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info