Kənd təsərrüfatına ayrılan kreditlər Şərurda bu sahənin inkişafına təkan verir
Tarix: 01.03.2018 | Saat: 12:57:00 | E-mail | Çapa göndər


Muxtar respublikada kənd təsərrüfatı sahəsinə ayrılan kreditlər bu sahənin inkişafına təkan verir. Şərur rayonunun Çərçiboğan kəndində yaradılan istixana kompleksinin sahibkarı Abdulla Adıgözəlov da muxtar respublikanın Sahibkarlığa Kömək Fondundan aldığı kredit hesabına istixananın sahəsini genişləndirir.
Belə ki, Abdulla Adıgözəlov Sahibkarlığa Kömək Fondundan aldığı 50 min manat kredit hesabına istixananın sahəsini genişləndirməyə başlayıb. İstixana kompleksi genişləndirildikdən sonra 3 min 500 kvadrat metrdən çox ərazini əhatə edəcək. İldə burda 100 tondan çox məhsul istehsal olunması planlaşdırılır. İstixanada yetişdirilən məhsullar isə Naxçıvan bazarları ilə yanaşı, Bakı və Türkiyəyə də göndərilir.
Sahibkar bildirib ki, 2017-ci ilin oktyabrında Türkiyə hökumətinin qəbul etdiyi qərara əsasən, qardaş ölkəyə ixracatda Naxçıvan Muxtar Respublikasında istehsal edilən sənaye və kənd təsərrüfatı məhsullarına sərbəst ticarət imkanının verilməsi onların da məhsullarının xaricə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edəcək.
Qeyd edək ki, təsərrüfatda istixana kompleksi ilə yanaşı, 7,5 hektar ərazidə yeni ərik, gavalı, heyva və üzüm bağı salınıb. Cari ildə isə 2,5 hektar ərazidə yerli sortlardan ibarət şaftalı bağının salınmasını nəzərdə tutulub.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
İnnovasiyalar Agentliyinin Nizamnaməsi və Strukturu təsdiqlənib
22.02.2019
Dövlət Gömrük Komitəsi növbəti mediatur təşkil edib
22.02.2019
Naxçıvanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib
22.02.2019
Azərbaycanın turizm imkanları Moskvada təqdim olunub
22.02.2019
“Xocalıya ədalət“: İsraildə soyqırımı qurbanlarının anım günü keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 1400 manat maaşla sürücü axtarılır
5 “İnternet medianın getdikcə daha da aktivləşməsi tendensiyasını müşahidə edirik”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info