Sakaryada Xocalı soyqırımı abidəsi və Qarabağ prospekti istifadəyə verilib
Tarix: 01.03.2018 | Saat: 17:25:00 | E-mail | Çapa göndər


Türkiyənin Sakarya şəhərinin Karasu rayonunda Xocalı soyqırımı abidəsi və Qarabağ prospektinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Karasu bələdiyyəsinin sədri Mehmet İspiroğlu Azərbaycan ilə Türkiyənin ortaq mədəniyyətə, adət-ənənəyə və siyasi baxışa malik olduğunu bildirib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən və Xocalı soyqırımından danışan bələdiyyə sədri qeyd edib ki, ermənilər tarixboyu əsassız torpaq iddiaları və dinc insanlara qarşı soyqırımı siyasəti aparıblar.
M.İspiroğlu vurğulayıb ki, ermənilər XX əsrin əvvəllərində Türkiyənin Ərzum və Qars bölgələrində, sonra isə Azərbaycanın Xocalı şəhərində qətliam törədiblər. O, Azərbaycanın və Türkiyənin erməni terrorizminə qarşı birgə mübarizə aparmasının vacibliyini qeyd edib.
Sonra Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar və Milli Məclisin deputatı Qənirə Paşayeva çıxış ediblər.
Natiqlər Xocalı soyqırımının bəşəriyyətin qanlı faciəsi olduğunu vurğulayıblar. Qeyd edilib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərində törətdiyi kütləvi qırğın nəticəsində 613 nəfər amansızlıqla qətlə yetirilib, 1275 nəfər girov götürülüb, 150 nəfər isə itkin düşüb. Bildirilib ki, Azərbaycan xalqı bu tarixi, nifrət və barbarlığın qurbanı olan ailələrin iztirablarını heç vaxt unutmayacaq.
Xocalı soyqırımının şahidi, Qarabağ əlili Azər Quliyev o faciəli gecənin dəhşətli anlarından bəhs edib. O bildirib ki, fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xocalı şəhərində uşaq, böyük demədən hər kəsi xüsusi vəhşiliklə qətlə yetiriblər. Xocalı sakinləri ata-baba yurdlarını düşmənə verməmək üçün ən son anadək şəhərdən çıxmadılar. Onlar müqəddəs şəhidlik zirvəsinə yüksəldilər. Azər Quliyevin sözlərinə görə, ermənilər qətlə yetirdiyi insanları tanınmaz hala salırdılar. Onların ayaqlarına məftillər bağlayıb tanklarla sürüyüblər.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10461

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info