Naxçıvanda tədbir keçirilib
Tarix: 01.03.2018 | Saat: 18:20:00 | E-mail | Çapa göndər


Naxçıvan şəhərinin Gənclər Paytaxtı seçilməsi ümummilli lider Heydər Əliyevin dövlət gənclər siyasətinin muxtar respublikada uğurlu davamının bəhrəsidir. Naxçıvan gəncləri illər öncə doğma yurdun ərazi bütövlüyü uğrunda səngərlərdə çiyin-çiyinə döyüşdüyü, Ulu Öndərin ətrafında sıx birləşərək xalq-rəhbər birliyinin ideal nümunəsinə çevrildiyi kimi, bu gün virtual həmrəyliyin də nadir nümunəsini göstərir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Naxçıvan Dövlət Universitetində Naxçıvan şəhərinin Gənclər Paytaxtı seçilməsinə həsr olunmuş tədbirdə səsləndirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov bu il İslam Mədəniyyətinin Paytaxtı olan Naxçıvanın ölkəmizin Gənclər Paytaxtı seçilməsini böyük uğur kimi qiymətləndirib, bunu muxtar respublika gənclərinin dövlət quruculuğunda, ictimai-siyasi proseslərdə, sosial-iqtisadi, elmi-texniki tərəqqidəki fəal iştiraklarının nəticəsi kimi dəyərləndirib.
Saleh Məhərrəmov vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun diqqət və qayğısı nəticəsində gənclər siyasəti ən yüksək səviyyədə həyata keçirilir və ümummilli lider Heydər Əliyevin siyasi kursunun onlara aşılanması gənclərimizin bugünkü ictimai həyatda fəallıqlarına şərait yaradır.
“Azərbaycanın uğurlu gənclər siyasəti” mövzusundakı çıxışında universitetin Tələbə-Gənclər Təşkilatının sədri Zümrüd Səfərova bildirib ki, Naxçıvanda həyata keçirilən dövlət gənclər siyasəti, onlar üçün yaradılan yüksək şərait, son illər naxçıvanlı gənclərin beynəlxalq arenalarda qazandıqları uğurlar Naxçıvan şəhərinin ölkəmizin Gənclər Paytaxtı seçilməyə layiq olduğunu sübut etdi. Azərbaycan Respublikası Prezidentinin mədəniyyət, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən gənclərə Prezident mükafatlarının verilməsi ilə bağlı 2018-ci il 31 yanvar tarixli Sərəncamında onun da adının yer almasını muxtar respublika gəncliyinə verilən qiymət kimi dəyərləndirib.
Tədbir universitetin incəsənət fakültəsi tələbələrinin ifalarında konsert proqramı ilə davam edib.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10491

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info