Ankaradakı sərgidə “Unudulmayan Xocalım” kitabına böyük maraq göstərilib
Tarix: 01.03.2018 | Saat: 18:33:00 | E-mail | Çapa göndər


Türkiyənin paytaxtında XII Ankara kitab sərgisi keçirilib. Sərginin təşkilatçıları Başkent Ədəbiyyat Dərnəyinin rəhbəri Ahmet Kurt, həmin dərnəyin İdarə Heyətinin üzvləri İnayet Millidere və Yusuf Millidere, eyni zamanda Denizli Yaren Kültür-Sənət Turizm Dərnəyinin rəhbəri, Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin xalq şairi Safiye Samyeli tərəfindən həmyerlimiz, şair və yazar Könül Ordubadi də tədbirdə iştirak etmək üçün dəvət edilib.
Sərgidə 3 gün ərzində Könül Ordubadinin iştirakı ilə “Unudulmayan Xocalım” kitabının imza günləri olub. “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının Türkiyədəki nümayəndələri də həmin tədbirdə fəallıq göstəriblər. Bir sıra türkiyəli və azərbaycanlı şair və yazarlar, Türkiyədə təhsil alan azərbaycanlı tələbələr, ictimaiyyət nümayəndələri “Unudulmayan Xocalım” kitabına böyük maraq göstərib, faciə barədə geniş məlumatları ədəbi dildə geniş oxucu kütləsinə çatdırdığına görə müəllifə minnətdarlıqlarını ifadə ediblər.
Bu barədə suallarımızı cavablandıran Könül Ordubadi qeyd etdi ki, bu gün Türkiyə ictimaiyyəti Xocalı soyqırımını törədənlərə qarşı özünün nifrətini yüksək səslə ifadə edir. Bəlkə də bunun təzahürüdür ki, sərgidə ən çox maraq göstərilən nəşrlər sırasında “Unudulmayan Xocalım” kitabı daha çox diqqətləri cəlb etdi. Müəllif bildirdi ki, bu məsələdə Türkiyənin və Azərbaycanın dəyərli ziyalıları, şair və yazıçıları öz dəstəklərini əsirgəmədilər.
“Üç gün bizimlə çiyin-çiyinə verərək dəstəklərini əsirgəməyən dəyərli şair dostlarım Arifə Aslana, Zeynəb Naxçıvanlıya, informasiya dəstəyinə görə Rauf Əliyev Kəngərliyə, imza günlərində həmişə yanımda olan Safiyə Samyeliyə, Gülay Göktürkə, Süleyman Altunbaşa, İnayet Millidereyə və Azərbaycan sevdalısı olan digər dəyərli Türk yazarlarına çox-çox təşəkkür edirəm”, - deyə Könül Ordubadi bildirib.
Fuad




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info