“Xocalı Soyqırımı türkdilli tələbələrin yaddaşında“
Tarix: 01.03.2018 | Saat: 18:35:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfirliyinin və Türküstandakı Azərbaycanlı Tələbələr Təşkilatının dəstəyilə Türküstan şəhərində Beynəlxalq Əhməd Yasəvi Universitetində Xocalı Soyqırımının 26-cı ildönümünə həsr olunmuş "Xocalı Soyqırımı türkdilli tələbələrin yaddaşında" adlı anım tədbiri keçirilib. Tədbir çərçivəsində Xocalıda baş vermiş hadisələri ehtiva edən şəkillərdən ibarət sərgi təşkil olunub. Fevral ayının 22-də baş tutmuş tədbirdə universitetin vitse-prezidenti Mustafa Erən, Sosial Elmlər fakultəsinin dekanı Məhmət Toplu, İntizam və Mədəniyyət şöbəsinin müdiri Ləzzət Esentayeva, Beynəlxalq Münasibətlər kafedrasının müdiri Eftal Şükrü Batmaz, müəllim kollektivi və müxtəlif türk toplumlarından gəlmiş tələbələr iştirak etdilər. Tədbirin əvvəlində Xocalı Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükütla yad edildi.
Beynəlxalq Əhməd Yasəvi universitetinin vitse-prezidenti Mustafa Erən öz çıxışında bunları qeyd etdi: "1992-ci ildə, çox uzaq görünür, amma yaxın bir tarixdə Azərbaycanın Qarabağ bölgəsində yüzlərlə insan, uşaq, qadın, yaşlı deyilmədən ermənilər tərəfindən bərabəri və bənzəri görülməmiş vəhşiliklə qətlə yetirilmişdir. Bu gün də olduğu kimi, o zamanın dünyası da bu hadisəyə biganə qalmışdır. İnsanlığı, humanizmi, demokratiyanı və insan haqlarını müdafiə edənlər təəssüflər olsun ki, həmin gün ortada yox idi. Bu gün Azərbaycanda qardaşlarımız 30 ildir böyük bir mübarizənin içindədirlər. Ən qısa zamanda Azərbaycanın öz tarixi torpaqlarına qovuşacağına inanıram. Bütün türk dünyası ilə yanaşı qəlbində zərrə qədər insanlıq duyğusu olan, insanlıq qüruru daşıyan hər kəs bu və bu kimi vəhşiliklərə etiraz etməlidirlər. Belə tədbirlərin son dərəcə önəmli və dəyərli olduğunu düşünürəm. Bu sadəcə orada qətlə yetirilmiş qardaşlarımızı xatırlama məzmununda deyil, ən azından bu gün bu mübarizəni aparan qardaşlarımıza qəlbimizdə bir dəstəyin olduğunun ən vacib işarəsidir. Yaşasın Azərbaycanlı qardaşlarımızın haqlı mübarizəsi." dedi.
Daha sonra Universitetin Sosial elmlər fakultəsinin Beynəlxalq Münasibətlər kafedrasının müdiri Eftal Şükrü Batmaz çıxış edərək: "Sovetlər Birliyinin dağıldığı zamanlarda Rusiyadan da dəstək alan ermənilər dünyanın gözü qarşısında böyük bir soyqırım törətdilər. Bu soyqırım dünya tərəfindən tanınır. Avropa İnsan Haqları Məhkəməsinin qərarları var. Bu qərarlarda qeyd olunur ki, Ermənistan işğal etmiş olduğu torpaqlarda Avropa İnsan Haqları Bəyannaməsinə qarşı çıxan cinayətlər törətmişdir. Dünya ölkələri də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər. Ancaq bu dəstək Birləşmiş Millətlər Təşkilatının və Avropa İnsan Haqları Məhkəməsinin qərarlarına da baxmayaraq yetərli deyil. Aradan 26 il keçir. İnsanlıq tarixi üçün çox uzun bir zaman deyil. Azərbaycan dövləti mütləq bu haqlı mübarizəsini beynəlxalq səviyyədə qazanacaq, xüsusən də BMT-də qəbul etdirəcəkdir. Bu gün bizim vəzifəmiz Xocalı Soyqırımını bir günə sığdırmamaq, daim gündəmdə saxlamaq, elmi araşdırmalar aparmaqdır. İnanıram ki, dünyada insalıq qüruru daşıyan bir çox insan Xocalı Soyqırımının nə olduğunu bilir. Azərbaycana və dost, qardaş ölkələrə icrası zəruri olan böyük vəzifələr düşür." dedi.
Universitetin azərbaycanlı tələbəsi, Türküstandakı Azərbaycalı Tələbələr Təşkilatının sədri Ruslan Dost Əli Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilmiş cinayət haqqında məlumat verərək, bunları vurğuladı:
"22 fevral Cinayət qurbanlarının beynəlxalq müdafiəsi günü kimi qeyd edilir. Məlumdur ki, katliam və ya soyqırım ən ağır beynəlxalq cinayətlər kateqoriyasına aid edilir. Bu səbəbdən də tədbirin məhz 22 fevralda, Xocalı Soyqırımı ərəfəsində keçirilməsi məhs rəmzi xarakter daşıyır. Biz Xocalı soyqırımın və bütün bu kimi digər beynəlxalq cinayətlərin qurbanlarının anılmasını, bu cinayətlərə lazımi siyasi və hüquqi qiymətin verilməsini istəyirik. Xocalı Soyqırımı Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasətinin açıqca təzahürüdür. Bu soyqırım yalnız Azərbaycan tarixinin deyil, bütün insanlıq tarixinin ən acı səhifələrindən biridir. Təəssüflər olsun ki, əsrin 1/4-ni geridə qoymasına baxmayaraq, hələ də bu cinayətə lazımi hüquqi qiymət verilməmişdir. Biz - Türk dünyası gəncləri müxtəlif layihələr ətrafında sıx birləşməli, ölkələrimiz arasıdakı əlaqələrin inkişafına öz töhfəmizi verməliyik. Yalnız Xocalı Soyqırımını deyil, müxtəlif zamanlarda türk xalqlarına qarşı törədilmiş cinayətlərin dünya insanına çatdırılması istiqamətində səylərimizi əsirgəməməliyik."
Daha sonra azərbaycanlı tələbə Orxan Cahangirli Talip Kazğının “Can Xocalı” şeirini söylədi.
Sonda Heydər Əliyev Fondunun istehsalı olan "Badam" qısametrajlı filmi nümayiş etdirilidi.
Eyni adlı anım tədbiri fevral ayının 23-də Kentav şəhərində Beynəlxalq Əhməd Yasəvi Universitetin Hazırılıq Fakultəsində keçirilmişdir.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info