MŞ rəhbərliyi “Mingəçevir işıqları” qəzetinin yubileyində iştirak edib
Tarix: 01.03.2018 | Saat: 18:47:00 | E-mail | Çapa göndər


Fevralın 28-də “Mingəçevir işıqları” qəzetinin 70 illik yubleyi qeyd edilib. Mingəçevirin idarə və müəssisə rəhbərlərinin, çoxsaylı ziyalıların və fəal oxucuların iştirak etdiyi yubiley mərasiminə toplaşanlar öncə qəzetin keçdiyi uzun yoldan bəhs edən videoçarxı izləyiblər.

Qəzetin baş redaktoru, əməkdar jurnalist Fərman Nəbiyev çıxışında mərasim iştirakçılarına təşəkkürünü bildirərək yubilyar nəşrin keçdiyi yola bir qədər də geniş aydınlıq gətirib. O bildirib ki, 1948-ci ilin fevralında “Mingəçevir inşaatçısı” adı ilə işıq üzü görən qəzet 6 il sonra “Mingəçevir işçisi”nə, 1965-ci ildə “Mingəçevir işıqları”na çevrilib, 1991-ci ildə isə bağlanıb.1999-cu ildə təsisçi hüququ ilə nəşrin yenidən qeydiyyata alındığını diqqətə çatdıran F.Nəbiyev “Mingəçevir işıqları”nın fəaliyyətindəki spesifik məqamlardan, kollektivin üzvlərinin yerli və beynəlxalq təşkilatların müsabiqələrində dəfələrlə qalib olduğunu, həm ölkə daxilində, həm də xaricdə təlimlərə qatıldıqlarını bildirib. Hazırda qəzetin öz mətbəəsinin mövcudluğunu deyən baş redaktor 10 ildən artıqdır redaksiyanın balansında olan media mərkəzində yerli və beynəlxalq təşkilatlarla birgə davamlı tədbirlərin, seminar və konfransların, sərgilərin və film festivallarının təşkil edildiyini vurğulayıb.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçı Niyazi Bayramov yubilyar nəşri öz dəst-xətti olan peşəkar mətbuat orqanı olaraq xarakterizə edib: “Mən 6 ildir ki, bu şəhərdə icra başçısıyam. Şəhərə gələndən Fərman müəllimlə, onun qəzeti ilə tanışam, o zamandan bu qəzeti izləyirəm, buradan bir çox məlumatları əldə edirəm. Bu gün də gördüm ki, şəhərin sel-su məsələlərini qəzetdə qabardıblar. Biz də öz növbəmizdə çalışırıq ki, qəzetin tənqidlərinə cavab olaraq, çatışmazlıqları aradan qaldıraq. Mən çox məmnunam ki, Mingəçevir şəhərində belə bir demokratik ruhlu, doğruları qələmə alan qəzet fəaliyyət göstərir. Buna görə də “Mingəçevir işıqları”nın kollektivinə və baş redaktoruna minnətdaram”, - deyən N. Bayramov qəzetin kollektivininə 70 illik yubley münasibəti ilə təbriklərini çatdırıb. N.Bayramov həmçinin qəzetin səmərəli fəaliyyətinə və yaranmasının 70 illik yubileyi münasibətilə kollektivi Mingəçevir Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif edib.

Yubley mərasimində çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov diqqətə çatdırıb ki, Mingəçevirə bu gəlişi zamanı çoxlu yeniliklərin şahidi olub: “Dünən prezident İlham Əliyevin və ölkənin birinci xanımının iştirakilə bu şəhərdə Sənaye Parkının, “Asan Xidmət” mərkəzinin və digər obyektlərin açılışı oldu. Bütün bunlar şəhərin inkişafının göstəricilərdir. Mingəçevirin inkişafında yubileyinə toplaşdığımız bu qəzetin əvəzsiz rolu var. Mənim diqqətimi belə bir yazı cəlb etmişdi: “Bəlkə bu qəzet olmasaydı, heç bu şəhər də olası deyildi...” Bu, kifayət qədər ciddi fikirdir. Nəyisə yaratmaq olar, nəyisə qurmaq olar, ancaq onun salnaməsi olmasa, bütün bunlar tarixin yaddaşına həkk olunmayacaq. Mingəçevir şəhəri qurulandan “Mingəçevir işıqları” onun salnaməsini yaradır”, - deyən Ə.Amaşov əlavə edib ki, “Mingəçevir işıqları”nın xəbər, reklam və elanlar şöbələrinin, poliqrafiya sexinin və media mərkəzinin mövcudluğu onu müasir tipli müstəqil qəzet kimi xarakterizə etməyə imkan verir. Ə.Amaşov bölgə mətbuatının inkişafındakı xidmətlərinə görə və 70 illlik yubileyi münasibətilə “Mingəçevir işıqları” qəzetini Azərbaycan Mətbuat Şurasının diplomu ilə mükafatlandırıb.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “İki sahil”qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qeyd edib ki, “Mingəçevir işıqları” region mətbuatı içərisində məxsus yeri olan qəzetdir. Elektron medianın tüğyan etdiyi şəraitdə çap mətbuatını qorumaq peşəkarlıq və qətiyyət tələb edir və “Mingəçevir işıqları” buna nail oluib.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev çıxışında “Mingəçevir işıqları”nı Mingəçeevirin çırağı adlandırıb: “Hər səhifədə danışan bir problem var, bizi maraqlandıran məsələlər var. Bu qəzet Mingəçevirin tanıdılmasında əvəzsiz rol oynayır”.
Jurnalist Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli deyib ki, bu gün “Mingəçevir işıqaları” beynəlxalq təşkilatları regiona cəlb etməyi bacarıb: “Beynəlxalq Jurnalistlər Fedarasiyasının ilk üz tutduğu məkanlardan biri Mingəçevir şəhəridir.Bu qəzetin iki əməkdaşı- Fərman bəy və Yeganə xanım isə beynəlxalq jurnalist kartını alan ilk regional jurnalistlərdir”.
Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli bildirib ki, yubilyar nəşr qəzetçiliklə yanaşı ölkədə multikultural dəyərlərin yayılmasında da mühüm rol oynayır.
Daha sonra uzun illər qəzetlə fəal əmakdaşlıq edən bir qrup şəhər sakininə “Mingəçevir işıqları”qəzetinin diplomları təqdim olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10456

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info