Putin dünyada bərabəri olmayan yeni raket silahı hazırladıqlarını açıqlayıb
Tarix: 01.03.2018 | Saat: 21:00:00 | E-mail | Çapa göndər


Rusiya prezidenti Vladimir Putin Federal Şuraya müraciətində dünyada heç bir ölkədə olmayan yeni raket silahı hazırladıqlarını bəyan edib. “RİA Novosti” xəbər verir ki, o, yeni silahın imkanlarını zaldakı plazma ekrandan nümayiş etdirib.
“2017-ci ilin sonunda Rusiya Federasiyasının mərkəzi poliqonunda nüvə enerjisi qurğusuna malik ən yeni qanadlı raketin uğurlu sınağı keçirildi. Uçuş zamanı nüvə enerjisi qurğusu nəzərdə tutulan gücə çataraq lazımi dartma gücünü təmin etdi. Raketin buraxılışı və yerdə kompleks sınaqlar prinsipial baxımdan yeni silah növünə keçməyə imkan verir: nüvə enerjisi qurğusu ilə təchiz edilmiş strateji nüvə silahı kompleksi... Dünyada belə bir şey yoxdur”, - deyə V. Putin vurğulayıb.
Rusiya dövlət başçısı heç kimi hədələmədiklərini və heç kimə hücum etməyə hazırlaşmadıqlarını söyləyib. O qeyd edib ki, yeni silah mövcud beynəlxalq razılaşmalara zidd deyil: "Yer planeti adlanan qayığı yırğalamağı dayandırmağın vaxtıdır. Biz ABŞ və Avropa ilə əməkdaşlıqda maraqlıyıq. Hətta mövqelərimiz üst-üstə düşməsə belə".

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
Ermənistan Azərbaycanla azaraq sərhədi keçmiş vətəndaşların mübadiləsinə hazırdır
18.03.2019
Naxçıvanda Çanaqqala zəfərinin ildönümü qeyd olunub
18.03.2019
Ermənistan Rusiya ilə razılıq əldə edə bilmədi
14.03.2019
Ermənistan müdafiə nazirinin müavini və iki vitse-qubernator vəzifələrindən azad edilib
14.03.2019
Ermənistanda vergilər artırıldı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10699

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
3 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 Yuliya Naçalova vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info