“ArmenianReport”: “Sərkisyan hakimiyyəti illəri Ermənistan üçün fəlakət dövrüdür”
Tarix: 01.03.2018 | Saat: 23:06:00 | E-mail | Çapa göndər


“2008-ci ildə Ermənistanı 1.5 milyard dollar xarici borcla qəbul edən Sərkisyan bu gün həmi borcu artıq 6 milyarda çatdırıb”

Erməni mətbuatında 10 il əvvəl hakimiyyətə gəlmiş Serj Sərkisyanla bağlı materialların sayı çoxalıb. Qeyd edilir ki, Sərkisyanın hakimiyyəti ölkə əhalisi ilə yanaşı, onun ən böyük ümid yeri olan diasporu da narazı salıb. “ArmenianReport” saytının yazdığına görə, qan üzərində hakimiyyət gələn Sərkisyan hakimiyyəti illərində bütün ölkə problemlər içində boğulur: “Bu gün erməni xalqını xaos və zülmətə sürükləyən Sarkisyanın hakimiyyətinin nəticələrini təhlil etmək üçün analitik bacarığa ehtiyac yoxdur”. Sayt daha sonra yazır ki, Sərkisyanın hakimiyyətə gəldiyi dövrdə Ermənistan üçün asan olmayan vaxta təsadüf edib: “Həmin dövrdə qlobal maliyyə böhranı dünyanın ən inkişaf etmiş dövlətlərini, hətta ABŞ, Almaniya, Yaponiya kimi də inkişaf etmiş ölkələri də ağuşuna almışdı. Ancaq bir müddət sonra bütün qonşularımız - Azərbaycan, Türkiyə və Gürcüstan da daxil olmaqla, hər kəs böhranın nəticələrini uğurla aradan qaldıraraq, hətta böhrandan əvvəlki göstəricilərini yaxşılaşdırdılar. Ancaq həmin dövrün böhranı bu gün də Ermənistanda davam edir. Biz böhranı bütün sahələrdə - iqtisadiyyatda, bank sektorunda, kənd təsərrüfatında müşahidə edirik. 2008-ci ildə Ermənistanı 1.5 milyard dollar xarici borcla qəbul edən Sərkisyan bu gün həmi borcu artıq 6 milyarda çatdırıb. Bu rəqəm ölkə ÜDM-nin 60 faizini təşkil edir. Proqnozlara görə, bu rəqəm 2018-ci ildə daha da artacaq. Amma müəmma budur ki, ölkə səlahiyyətliləri xaricdən alınan bu qədər borcun məqsədini hələ də açıqlaya bilmirlər. Kreditlərin əsas hissəsinin Sərkisyan qardaşlarının və onların yaxın ətrafının xarici hesablarına köçürülməsini başa düşmək üçün dahi olmağa ehtiyac yoxdur.

“Əhalinin Ermənistandan qaçması fəlakət vəziyyətdə olan sosial-iqtisadi vəziyyət və vətəndaşların sabaha inamının olmaması ilə bağlıdır”

Bu borcları təkcə indiki Ermənistan sakinləri deyil, onlardan sonrakı neçə-neçə nəsil ödəmək məcburiyyətində qalacaq”. Sərkisyan hakimiyyəti dövründə Ermənistanda kənd təsərrüfatının tamamilə məhv edildiyini xüsusi qeyd edən sayt yazır: “Sərkisyannın hakimiyyəti illərində ölkədəki məhsul istehsalı daim azalıb. Bu, həm üzümçülükdə, həm heyvandarlıqda, həm də başqa sahələrdə özünü göstərib. Şərabçılıq müəssisələrindən narazı qalan üzüm yetişdirənlər ölkədən qaçmaq məcburiyyətində qalıblar. Rəsmi statistikaya görə, Sərkisyanın 10 illik hakimiyyəti dövründə Ermənistanın kənd təsərrüfatında çalışanların sayı 3 milyon 97 min 300 nəfərdən 2 milyon 900 min nəfərədək azalıb. Lakin bu məlumatlar da reallığı tam əks etdirmir. Əslində, ölkəni yarım milyondan çox insan tərk edib. Əhalinin Ermənistandan qaçması fəlakət vəziyyətdə olan sosial-iqtisadi vəziyyət və vətəndaşların sabaha inamının olmaması ilə bağlıdır”. Sayt bütün bunları Sərkisyan siyasətinin uğursuzluğu kimi dəyərləndirir. “ArmenianReport” qeyd edir ki, Kremlin Avrasiya İqtisadi Birliyi qoşulmaq naminə Avropa İttifaqından imtina edən Sərkisyan özünü bütün gözlənilən təhlükələrdən xilas olmuş kimi hiss edir: “Sərkisyanın vəziyyətində hər şey sadədir. O, sadəcə olaraq Moskvanın layihəsidir və sadəcə olaraq "böyük qardaşın" əmrini yerinə yetirmək məcburiyyətindədir”. Sayt Sərkisyan hakimiyyəti illərini Ermənistan üçün fəlakət kim dəyərləndirir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Türkiyə mediası: “Star” zavodu satış üçün istehsala yanvarda başlayacaq”
06.11.2018
Son illərdə muğamın inkişafına çox böyük təkan verilib
06.11.2018
İrana qarşı sanksiyalar Ermənistanı çətin vəziyyətə salıb
01.11.2018
Ermənistanda keçiriləcək seçkilər siyasi böhrana son qoymayacaq
26.10.2018
Ermənistan Rusiyanın təsir dairəsindən çıxa bilmir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10484

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info