Putin dünyanı silkələdi: “Heç kimdə olmayan silahımız var”
Tarix: 02.03.2018 | Saat: 00:49:00 | E-mail | Çapa göndər


“Hələlik bu silahın adını “Avanqard” qoymuşuq. Bu silahın qarşısında mövcud texnologiya acizdir. Ona görə də, bizi eşitməyə məcburdurlar”

“Rusiyaya və müttəfiqlərinə qarşı nüvə silahının tətbiqinə həmin an cavab veriləcək”
Rusiya Prezidenti Vladimir Putin ölkənin Federal Məclisinə müraciətlə çıxış edib. Bu il Rusiya liderinin çıxışı 1 saat 55 dəqiqə davam edib. Müraciətin birinci hissəsi Rusiyanın sosial-iqtisadi inkişafı məsələlərinə, ikinci hissəsi isə hərbi müdafiə və beynəlxalq təhlükəsizlik mövzusuna həsr olunub. Ölkədaxili məsələlərdən danışan V.Putin Rusiyanın texnoloji sıçrayışa hazır olduğunu, dinamik inkişaf üçün yeni ideyalara və təşəbbüslərə açıq olmağın vacibliyini qeyd edib. Prezident yaxın illərdə yoxsulluğun azaldılması, adambaşına düşən ÜDM-in artırılması, iqtisadiyyatın artım sürətinin yüksəldilməsini əsas istiqamətlər kimi müəyyənləşdirib. Putin 2030-cu ilə qədər ölkədə orta ömür müddətinin 80 yaşı ötəcəyini vurğuladı: “Səhiyyəyə ayrılan xərclər iki dəfə artırılacaq. Neft-qazla əlaqəli olmayan ixracat iki dəfə artacaq. Rusiya bundan sonra neft məhsulları deyil, daha çox yeyinti məhsulu ixrac edəcək”. Putin müraciətində ölkəsinin dünya liderliyi yolunda əmin addımlarla irəlilədiyini bəyan etdi: “Bütün dünya hazırda kritik dövr yaşayır. Bu dünyanın lideri ancaq dəyişikliklərə hazır olan biri ola bilər - o ölkə ki, fəaliyyət göstərir, irəli gedir. Rusiya bu 30 ildə çoxlu dəyişikliklər görüb. Bu dəyişikliklərə nail olmaq üçün digər ölkələrə yüz il lazımdır. Biz bu yolu keçmişik, bundan sonra da əminliklə öz yolumuzla gedəcəyik. Bir yerdə olmuşuq, bundan sonra da olacağıq”. Putin müraciətinin bütün dünyada əks-səda doğuran və sensasiyalı xəbər kimi qarşılanan hissəsinə belə başlayıb: “Suriya müharibəsi Rusiya ordusunun və silahının nəyə qadir olduğunu göstərdi”. O bildirdi ki, uzun illər idi, Rusiya NATO-nun Avropada genişlənməsinə və ABŞ-ın Avropada hava hücumundan müdafiə sistemi qurmasına heç nə ilə cavab vermirdi: “İndi isə bizim cavabımız var. Bu cavab yeni ballistik və nüvə mühərrikli qanadlı raketlər, sualtı pilotsuz aparatdır. Yeni silah atmosferin qatlarında manevrlər etmək imkanına malikdir. Bu silaha mane olmaq demək olar ki, mümkün deyil. Silah hipersəs sürətlidir, meteorit kimidir. Hələlik bu silahın adını “Avanqard” qoymuşuq. Belə silah heç kəsdə yoxdur. Bu silahın qarşısında mövcud texnologiya acizdir. Ona görə də, bizi eşitməyə məcburdurlar. Rusiyanın qarşısını ala bilmədilər”. Rusiya prezidenti ölkəsinə və müttəfiqlərinə qarşı nüvə silahının tətbiqini nüvə hücumu sayacaqlarını bəyan etdi: “Rusiyaya və müttəfiqlərinə qarşı nüvə silahının tətbiqinə həmin an cavab veriləcək”. Rusiya Prezidenti, həmçinin ölkəsində dərin sularda qitələrarası məsafəni çox böyük sürətlə qət edən bilən sualtı pilotsuz qayıqların hazırlandığını bildirib. Eyni zamanda, Rusiya dövlətinin başçısı qeyd edib ki, ölkənin artan hərbi gücü heç kimə qarşı yönəlməyib: “Bizim bu potensialı kiməsə qarşı tətbiq etmək barədə planımız yoxdur. Biz heç kimi hədələmirik, heç kimdən nəsə qoparmaq fikrində deyilik”. Xatırladaq ki, bu il Rusiya Prezidenti Federal Məclisə müraciətini Kremldə deyil, “Manej” Mərkəzi Sərgi Salonunda ünvanlayıb. Daha bir yenilik isə müraciətin video-slaydlarla müşayiət olunmasıdır. Bunun üçün salonda böyük ekranlar quraşdırılıb. Tədbirdə iştirak etmək üçün 705 jurnalist akkreditasiya olunub. Rusiya Prezidenti ildə bir dəfə Federal Məclisin hər iki palatasına müraciətlə çıxış edir. Müraciətdə Rusiya Federasiyasında hazırkı vəziyyət, daxili və xarici siyasət sahəsində görüləcək işlərdən danışılır. 2008-ci ildən müraciət Kremlin “Georgi” salonunda oxunurdu. Builki tədbirin “Manej” Mərkəzi Sərgi Salonunda keçirilməsi iştirakçıların sayının çox olması ilə izah edilir. Mərasimdə Dövlət Duması və Federasiya Şurası, hökumət üzvləri, Konstitusiya və Ali Məhkəmənin, Baş Prokurorluğun rəhbərliyi və digər vəzifəli şəxslər iştirak ediblər.
Anar




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
Elmar Məmmədyarov Almaniya Bundestaqının üzvü ilə görüşüb
15.02.2019
Qətərli və livanlı jurnalistlər Mətbuat Şurasında olublar
15.02.2019
“Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
15.02.2019
“İnternet media vacib informasiya mənbəyinə çevrilib”
15.02.2019
Ermənistandan azərbaycanlıların qovulması və yəhudilərin köçü

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info