Bakıda I sinfə qəbulla bağlı 31 məktəbdə sıxlıq müşahidə olunur
Tarix: 02.03.2018 | Saat: 00:53:00 | E-mail | Çapa göndər


Məhəbbət Vəliyeva:
“Övladlarınızı yaşadığınız ərazidəki məktəblərə yerləşdirin”

"Bakıda I sinfə qəbulla bağlı elektron sistemdə 35 minə yaxın sorğu yerləşdirilib". Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyeva deyib. Onun sözlərinə görə, hazırda valideynlər ərizələri çap edərək məktəblərə təqdim edirlər: "Əvvəlki illərdən fərqli olaraq, sənəd təqdim etmə mərhələsində uşaqların məktəbə getməyinə ehtiyac yoxdur. Çünki müsahibə mərhələsi iki ildir ləğv olunub". Prosesin fevralın 22-dən sentyabrın 15-nə kimi davam edəcəyini xatırladan M. Vəliyeva valideynlərin I sinfə qəbulla bağlı şikayətlərinin nədən ibarət olduğunu da açıqlayıb: "Valideynlərin şikayətləri əsasən, ərazidəki məktəbdə yerlərin dolması, istədikləri müəllimin sinfində yerin olmaması ilə bağlıdır. Valideynlər yaşamadıqları ərazidəki məktəbə də uşaqlarını qoymaq istəyirlər. Valideynlərə müraciət edərək bildirirəm ki, övladlarını yaşadıqları ərazidəki məktəblərə yerləşdirsinlər". BŞTİ-nin müdiri qeyd edib ki, İdarənin tabeliyində I sinfə qəbulu həyata keçirən 300 məktəbdən 31-də sıxlıq müşahidə olunur: "Sıxlıq o məktəblərdə müşahidə olunur ki, orada ərizələrin sayı məktəbin yer sayından artıqdır". Qeyd edək ki, Bakıda fevralın 22-dən I sinfə qəbul başlayıb. Gəncə, Sumqayıt və Abşeronda isə I sinfə elektron qəbul martın 12-dən başlayacaq.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info