“Özünü məşğulluq proqramı çərçivəsində seçim prosesi yaxın zamanlarda başa çatacaq”
Tarix: 02.03.2018 | Saat: 15:23:00 | E-mail | Çapa göndər


“Hazırda özünü məşğulluq proqramı çərçivəsində seçim prosesi gedir. Ayrı-ayrı rayon və regionlar üzrə bu proqrama cəlb olunacaq ailələrin sayı müəyyənləşdirilir”.
 
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov deyib. O bildirib ki, müvafiq məşğulluq mərkəzləri və dövlət məşğulluq xidmətinin mərkəzi ofisi ilə yanaşı, bu prosesə inkluzivliyi təmin etmək üçün Birləşmiş Millət Təşkilatının (BMT) inkişaf proqramı da qoşulub.
 
“Əlililiyi olan şəxslərin bu proqrama ayrıca olaraq cəlb olunması nəzərdə tutulub. Ona görə də onlar bu proqrama qoşulublar. Hazırda onlar seçim prosesini həyata keçirməklə məşğuldurlar”.
 
Nazirin sözlərinə görə, yaxın zamanlarda seçim prosesi başa çatacaq və bundan sonra biznes planların tərtib olunması üçün həmin şəxslər bir ay ərzində təlimlərə cəlb olunacaq. “Onlar kiçik biznesin idarə olunması üçün müvafiq biliklərə yiyələnəcəklər. Bundan sonra onlar öz biznes planlarının hazırlayacaqlar və biz də bu biznes planlar əsasında onların müvafiq aktivlərlə təmin olunması və öz ailə təsərrüfatlarının yaradılması üçün şərait yaradılacaqdır”.
 
Nazir deyib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, 6-7 min ailənin bu prosesə cəlb olunması nəzərdə tutulur. Hazırda işsizlikdən sığorta fonduna vəsaitlərin yığılması prosesi gedir. "Bu vaxta kimi fonda 2 ay ərzində 4 milyondan çox vəsait toplanıb. Düşünürəm ki, ilin sonunda bizim düşündüyümüz 89 milyondan çox vəsait toplanacaq ki, bunun da bir faizdən çoxu özünü məşğulluq proqramına yönləndiriləcək” .
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı
16.01.2019
Nazirlik işəgötürən şirkətlərə xəbərdarlıq etdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info