Çoxuşaqlı ailələrdə məktəbəqədər təhsillə bağlı təlim qrupları yaradılacaq
Tarix: 02.03.2018 | Saat: 17:33:00 | E-mail | Çapa göndər


Nazirlər Kabineti “Ailə tipli, icma əsaslı, qısamüddətli təlim qruplarında məktəbəqədər təhsilin təşkili Qaydası”nı təsdiqləyib.
Qaydaya əsasən, məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərməyən ərazilərdə valideynlərin (digər qanuni nümayəndələrin) istəyi ilə ailə tipli və ya icma əsaslı, yaxud qısamüddətli təlim qrupları yaradıla bilər.
Ailə tipli təlim qrupları yaradılacaq əraziyə ən yaxın inzibati ərazi vahidində fəaliyyət göstərən dövlət məktəbəqədər təhsil müəssisəsinin struktur bölməsi kimi təşkil olunur və həmin müəssisənin nizamnaməsinə uyğun fəaliyyət göstərir. Ailə tipli təlim qrupları 1,5 yaşdan 6 yaşadək 3 və daha çox uşağı olan ailələrdə təşkil olunur. Çoxuşaqlı ailədə 1 və ya 2 məktəbəqədər yaşlı uşaq olduğu halda, digər ailələrdən məktəbəqədər yaşlı uşaqları qəbul etməklə, ailə tipli təlim qrupunun təşkilinə yol verilir. Ailə tipli təlim qrupları 1, 5 yaşdan 6 yaşadək uşaqların təlimini, tərbiyəsini, sağlamlığını təmin edir, onlara qulluğu və nəzarəti həyata keçirir.. Ailə tipli təlim qruplarında uşaqların sayı 7 nəfər müəyyənləşdirilir. Ailə tipli təlim qrupları 5 günlük iş həftəsi üzrə saat 9:00- dan 12:00-dək və ya 13:00-dan 16:00-dək rejim ilə fəaliyyət göstərir.
Ailə tipli təlim qruplarında təhsilin məzmunu təhsil proqramları əsasında uşaqların yaş xüsusiyyətlərinə uyğun müəyyənləşdirilir.  Ailə tipli təlim qruplarında tərbiyəçi-müəllimin vəzifəsinin yerinə yetirilməsinə nəzarəti və metodiki köməkliyi məktəbəqədər təhsil müəssisəsi təmin edir. Ailə tipli təlim qruplarında təhsil prosesinin təşkili uşaqların intellektual, fiziki, mənəvi inkişafına xidmət edən bilik, bacarıq və vərdişlərin aşılanması üçün şərait yaradılmasını nəzərdə tutur. Ailə tipli təlim qrupları ümumi inkişafetdirici istiqamətli ola bilər və ya məktəbəqədər təhsil proqramı tətbiq olunmadan da uşaqlara qulluq və nəzarəti həyata keçirə bilər. Ailə tipli təlim qrupları müvafiq olaraq bazasında təşkil olunduğu məktəbəqədər təhsil müəssisəsinin müdirinin əmri ilə yaradılır. Ailə tipli təlim qrupları çoxuşaqlı ailənin yaşadığı evdə təşkil olunur. Ailə tipli təlim qruplarında işləmək üçün nəzdində təşkil olunduğu məktəbəqədər təhsil müəssisəsinin mövcud ştat vahidləri dairəsində tərbiyəçi-müəllim ştatı ayrılır. Tərbiyəçi-müəllim vəzifəsinə müvafiq təhsili və ya tam orta təhsili olan çoxuşaqlı ailənin valideyni (digər qanuni nümayəndəsi) təyin edilir.
Ailə tipli təlim qruplarında işləyənlər “ ildə bir dəfə dövlət hesabına, lakin həmin yerdə yaşayan ailənin digər üzvləri isə öz hesabına tibbi müayinədən keçirlər. Ailə tipli təlim qruplarının tərbiyəçi-müəllimi nəzdində təşkil olunduğu məktəbəqədər təhsil müəssisəsinin müdiri ilə birgə uşaqların həyatına, sağlamlığına, tərbiyəsi və təliminə görə məsuliyyət daşıyır. Ailə tipli təlim qruplarında uşaqlar nəzdində təşkil olunduğu məktəbəqədər təhsil müəssisəsinin kontingenti sayılırlar. Ailə tipli təlim qrupuna uşaqların qəbulu bazasında təşkil olunduğu məktəbəqədər təhsil müəssisəsi ilə valideyn (digər qanuni nümayəndə) arasında bağlanılan müqavilə əsasında həyata keçirilir. Ailə tipli təlim qruplarında uşaqlara tibbi xidmət kənd və qəsəbə həkim (və ya tibb) məntəqələri tərəfindən göstərilir.
 
Ailə tipli təlim qrupları həmin qrupların yaradılacağı ev haqqında rayon (şəhər) gigiyena və epidemiologiya mərkəzlərinin müsbət rəyi olduğu halda təşkil edilir. Ailə tipli təlim qrupları sanitariya-gigiyena, əks-epidemik və yanğından mühafizə tələblərinə cavab verməlidir. Ailə tipli təlim qruplarında təlim-tərbiyə prosesinin təşkili üçün oyuncaqlar, kitablar, təlim vəsaitləri, stol, stul, uşaqların istirahəti üçün otaq ayrılmalıdır. Ailə tipli təlim qruplarının yaradılması üçün himayəsində üç və daha çox uşaq olan valideyn (digər qanuni nümayəndə) yerli icra hakimiyyəti orqanına aşağıdakı sənədləri təqdim edir:
- ailə tipli təlim qrupunun yaradılması ilə bağlı ərizə;
- ailə tipli təlim qrupunun təşkil olunacağı evin texniki pasportu;
- övladının (himayəsində olan uşağın) ailə tipli təlim qrupuna qəbul edilməsi ilə bağlı valideynlərin (digər qanuni nümayəndələrin) ərizəsi;
-  tərbiyəçi-müəllimin və ailə üzvlərinin sağlamlığı haqqında arayış;
- tərbiyəçi-müəllimin təhsili haqqında sənəd;
- ailə tipli təlim qrupu haqqında rayon (şəhər) gigiyena və
epidemiologiya mərkəzlərinin Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin yerli qurumlarının müsbət rəyi.
Ailə tipli təlim qrupunun yaradılmasına razılıq verildiyi halda, yerli icra hakimiyyəti orqanı ailə tipli təlim qrupu yaradılacaq ən yaxın inzibati ərazi vahidində fəaliyyət göstərən dövlət məktəbəqədər təhsil müəssisəsinə ailə tipli təlim qrupunun yaradılması barədə göstəriş verir. Ailə tipli təlim qruplarının saxlanılması xərcləri nəzdində təşkil olunduğu məktəbəqədər təhsil müəssisəsinin maliyyələşdirilməsi üçün dövlət büdcəsində nəzərdə tutulan müvafiq vəsait dairəsində təmin edilir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info