BANM-in rektoru Beynəlxalq Sammitdə iştirak edib
Tarix: 02.03.2018 | Saat: 20:04:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Avrasiya Universitetlər Birliyi (EURAS) tərəfindən Türkiyənin İstanbul şəhərində təşkil edilmiş Avrasiya Beynəlxalq Ali Təhsil Sammitində iştirak edib.
BANM-dən bildirilib ki, sammitin əsas məqsədi Avropa, Asiya, Yaxın Şərq, Afrika və Asiya-Sakit okean regionunda fəaliyyət göstərən müxtəlif universitetlərin nümayəndələri arasında elmi-texniki, iqtisadi və mədəni əməkdaşlığın qurulması və mövcud əməkdaşlığın genişləndirilməsi istiqamətində geniş müzakirələrin və fikir mübadiləsinin aparılması olub.
E.Qasımov səfər zamanı EURAS-ın prezidenti, İstanbul Aydın Universitetinin rektoru Mustafa Aydınla görüşüb. O, EURAS-a üzv olan ali təhsil müəssisələri ilə BANM arasında tədris və elmi-tədqiqatın müxtəlif istiqamətlərində əməkdaşlıq perspektivlərini müzakirə edib.
Rektor sammit çərçivəsində təşkil edilmiş sərgidə iştirakı zamanı Türkiyənin Orta Doğu Texniki Universitetinin (ODTÜ) beynəlxalq əlaqələr üzrə rəhbər nümayəndəsi İbrahim Yorqunla görüşərək BANM ilə ODTÜ arasında yeni ixtisaslar üzrə birgə proqramın həyata keçirilməsi ilə bağlı da danışıqlar aparıb.
Bir sıra panellərdə iştirak edən rektor E.Qasımov, həmçinin Ərəb Universitetlər Assosiasiyasının rəhbəri Sultan Abu-Orabi və sektorun digər qurumlarının rəhbər nümayəndələri ilə görüşüb.
Nigar




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
İsveçrədə 20 Yanvar faciəsinə həsr olunmuş poçt markası buraxılıb
18.01.2019
Umayra Tağıyeva: Küləyin sürəti saniyədə 18-20 metrdən artıq deyil
18.01.2019
Hüquqazidd əməllərə yol verən üç vergi müfəttişi barədə həbs qətimkan tədbiri seçilib
18.01.2019
AzTU-da 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib
18.01.2019
ASCO-nun gəmiləri Xəzər dənizində növbətçiliklərini davam etdirirlər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info