6500-dək beşinci sinif şagirdi informatika fənnini yeni formatda öyrənir
Tarix: 02.03.2018 | Saat: 20:05:00 | E-mail | Çapa göndər


İnformatika fənninin yeni formatda tədrisi üzrə pilot layihənin tətbiq olunduğu Bakı Avropa Liseyinə mediatur təşkil edilib.
Layihə informasiya texnologiyaları (İT) sistemləri və rəqəmsal bacarıqların öyrədilməsi üzrə proqramlar hazırlayan “Alqoritmika” beynəlxalq təhsil şirkəti ilə birgə həyata keçirilir.
İnformatika fənninin tədrisi üzrə pilot layihənin rəhbəri Fəxri Qurbanov bildirib ki, bu təşəbbüs alqoritmik düşüncə və məntiqin, layihə işləmə bacarıqlarının inkişafı və proqramlaşdırmanın əsaslarının öyrədilməsi məqsədini daşıyır. Layihə təhsilalanlara yeni texnologiya və rəqəmsal bacarıqları təcrübədə öyrənməyə, proqramlaşdırmanın sirlərinə bələd olmağa imkan verir. Cari tədris ilinin əvvəlindən Təhsil Nazirliyi uşaqlara proqramlaşdırmanın tədrisi məqsədilə informatika fənni üzrə pilot layihənin mərhələlər üzrə tətbiqinə başlayıb. Hazırda Bakı şəhərində 45 məktəb üzrə 240 sinifdə 6500-ə yaxın beşinci sinif şagirdi informatika fənnini yeni formatda öyrənir. Bu fənn üzrə dərsləri tədris edən 190 müəllim Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda xüsusi hazırlanmış peşəartırma təlimində iştirak edib.
F.Qurbanovun sözlərinə görə, dərs zamanı müəllim və şagirdlərin vahid rəqəmsal sistemdə fəaliyyəti üçün fərdi hesablar yaradılıb. Şəxsi kabinetdə müəllimlər sinfin fəaliyyətini izləyə, şagirdlər isə müxtəlif növ rəqəmsal məzmun yarada bilərlər. Rəqəmsal sistemin uğurlu tətbiqi üçün sözügedən 45 məktəb üzrə İKT infrastrukturunun təkmilləşdirilməsi işləri həyata keçirilib. Bu təhsil ocaqlarında 42 yeni kompüter otağı istifadəyə verilib, məktəblər 1350 kompüterlə təchiz edilərək yüksəksürətli internet xətləri çəkilib.
Layihə rəhbəri diqqətə çatdırıb ki, dünyanın bu sahədə özünü doğruldan ən innovativ metodikalarından istifadə edilməklə peşəkar metodist və pedaqoqlar tərəfindən hazırlanan proqram müvafiq sahə üzrə ən yaxşı təcrübələri özündə birləşdirir. Proqram fərdi təlim, nəzəriyyə və tətbiqi yanaşma, fənlərarası əlaqə və motivasiyanın artırılması prinsiplərinə əsaslanır. Proqram uşaqlarda məntiqi, kreativ və alqoritmik düşünmə qabiliyyətinin inkişafında mühüm rola malikdir. Rusiya, Qazaxıstan, Polşa, İsrail və Avstraliyada müvəffəqiyyətlə həyata keçirilən “Alqoritmika” dərsləri uşaqlara təkcə proqramlaşdırmanı deyil, biliyin praktikada tətbiqi bacarıqlarını da öyrədir.
F.Qurbanov deyib: “İnformatika fənninin tədrisinin təkmilləşdirilməsi ilə şagirdlərin kompüter savadlılığının yüksəldilməsi, onların yüksək texnoloji ixtisaslara marağının artırılması nəzərdə tutulur. Proqramlaşdırma sahəsində ixtisaslı kadr hazırlığına diqqətin artırılması bu sahədə ölkəmizin beynəlxalq miqyasda rəqabətədavamlılıq əmsalını artıracaq. Bu baxımdan inkişaf etmiş ölkələrin məktəb proqramlarının əsas trendi hesab olunan təhsilalanlara rəqəmsal bacarıqların öyrədilməsi zərurəti ölkəmizin ümümtəhsil şəbəkəsi üçün də mühüm əhəmiyyət kəsb edir”.
Nigar




 
Bölməyə aid digər xəbərlər
23.05.2019
FHN-in Akademiyasında Nəsiminin yubileyi qeyd edilib
23.05.2019
“Son iclas” filmi Pirallahı gəncləri tərəfindən böyük maraqla qarşılandı
23.05.2019
Heydər Əliyev Fondu rayonlarda iftar süfrələri təşkil edir
23.05.2019
Şuranın dəstəyilə 178 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib
23.05.2019
“Füyuzat Mərkəzi”nin açılış mərasimi keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10785

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info