100 yaşlı məktəbin yubileyi qeyd olunub
Tarix: 02.03.2018 | Saat: 20:06:00 | E-mail | Çapa göndər


Bakı şəhəri şəhid Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİ) Səbail rayon təşkilatının sədri Mükafat Abbasov, BŞTİ-nin struktur bölmə rəhbərləri, ümumi təhsil müəssisələrinin direktorları, məktəbin adını daşıyan şəhidin ailə üzvləri, müəllimlər, valideynlər, şagirdlər, KİV təmsilçiləri və digər qonaqlar iştirak ediblər. “Bir əsrin xatirəsi” adlı tədbir məktəbin həyətində şəhid Etibar Əliyevin barelyefinin açılışı ilə başlayıb.
Açılışda şəhidin atası Allahverdi Əliyev oğlunun adını daşıyan təhsil müəssisəsinin 100 ildir ki, uğurla fəaliyyət göstərməsindən böyük qürur hissi keçirdiyini bildirib.
Azərbaycan Respublikası Dövlət himninin səsləndirilməsindən sonra 162 nömrəli tam orta məktəbin direktoru Sevinc Abbasova tədbiri giriş sözü ilə açaraq, qonaqlara 100 ildir fəaliyyət göstərən təhsil müəssisəsinin keçdiyi inkişaf yolundan və bu müddət ərzində məktəbin qazandığı uğurlardan söhbət açıb. Direktor qeyd edib ki, 162 nömrəli tam orta məktəb 1917-ci ildə Bakı milyonçusu Murtuza Muxtarov tərəfindən yaradılmış qız məktəbi kimi məşhur olub.
O, məktəbin təcrübəli pedaqoji kollektivinin olduğunu, müəllimlərin səylə çalışdığını, şagirdlərin bilik, bacarıq və vərdişlərinin formalaşdırılmasında əvəzsiz xidmətlər göstərdiyini qeyd edib.
Sonra məktəbin tarixindən, uğurlarından bəhs edən videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva məktəb kollektivini 100 illik yubiley münasibətilə təbrik edib, onlara işlərində müvəffəqiyyətlər arzulayıb.
M.Vəliyeva Cümhuriyyətimizin yaşıdı olan təhsil müəssisəsinin kifayət qədər zəngin inkişaf yolu keçdiyini bildirib. İdarə müdiri qeyd edib ki, paytaxtın təhsil həyatında özünəməxsus ənənələrilə fərqlənən məktəbin tədris nailiyyətləri son illərdə xüsusilə yaxşılaşıb, məzunların ali məktəblərə qəbul göstəriciləri xeyli yüksəlib. Bütün bunlar onu deməyə əsas verir ki, 100 yaşlı tədris ocağı öz həyatının ikinci yüzilliyinə ciddi uğurlarla qədəm qoyur.
Daha sonra BŞTİ-nin müdiri Təhsil Nazirliyi tərəfindən 2017-2018-ci dərs ilinin “Ümumi təhsildə keyfiyyət ili” elan olunmasını vurğulayaraq, təhsil sahəsində aparılan islahatlardan və əldə olunan uğurlardan bəhs edib.
Tədbirdə iştirak edən millət vəkili Şəmsəddin Hacıyev son illərdə paytaxtın ümumi təhsil müəssisələrində tətbiq olunan yeniliklərdən, təhsil sahəsində aparılan islahatlardan və perspektiv məsələlərdən bəhs edib. Millət vəkili ölkə Prezidenti İlham Əliyevin təhsilə, təhsil işçilərinə göstərdiyi diqqət və qayğının nəticə etibarilə bu sahənin sürətli inkişafı, maddi-texniki bazasının daha da möhkəmlənməsilə nəticələndiyini bildirib.
Tədbirdə şagirdlər vətənpərvərlik, təhsil və məktəb həyatından bəhs edən müxtəlif şeirlər, mahnılar, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.
Sonda Bakı Şəhəri üzrə Təhsil İdarəsi və ATİAHİ Səbail rayon təşkilatı tərəfindən məktəbin pedaqoji kollektivinin bir sıra üzvlərinə səmərəli fəaliyyətlərinə görə Fəxri fərman və hədiyyələr təqdim olunub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.05.2019
DSMF-də müşavirə keçirilib
22.05.2019
Yükdaşıma və Logistika şirkətində vakansiya
22.05.2019
“Sumgait Technologies Park” işçi axtarır
21.05.2019
Güzəştli şərtlərlə pensiya hüququ olanlar üçün yeni Qəbul Mərkəzi istifadəyə verilib
20.05.2019
Sosial proqramların uğuru və ildən-ilə genişlənməsi bəzi dairələrdə dərin narahatlıq hissi yaradıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info