Xaçmazda içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması işləri yekunlaşır
Tarix: 02.03.2018 | Saat: 20:08:00 | E-mail | Çapa göndər


Azərbaycan Hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə Su Təchizatı və Kanalizasiya Layihəsi” çərçivəsində Xaçmaz şəhərində içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması işləri yekunlaşmaq üzrədir.
 
“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, martın 1-də Xaçmaz şəhərində layihənin icra vəziyyəti və görülmüş işlərin müzakirəsi ilə bağlı geniş iclas keçirilib. Tədbirdə “Azərsu” ASC-nin, Xaçmaz  Rayon İcra Hakimiyyətinin rəsmiləri, podrat və məsləhətçi şirkətlərin mütəxəssisləri iştirak edib.
 
“Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov Xaçmaz şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi üzrə işlərin yaxın vaxtlarda tam başa çatdırılacağını bildirib. Sədr müavini layihənin vaxtında və keyfiyyətlə icra olunması üçün bütün qüvvələrin səfərbər olunduğunu, tikinti işlərinin başa çatdığı ərazilərdə asfaltlanma işlərinin aparıldığını diqqətə çatdırıb.
 
Podrat şirkətin nümayəndələri layihənin gedişi və görülmüş  işlərlə bağlı ətraflı məlumat veriblər. Tədbirdə qeyd olunub ki, həyata keçirilən içməli su və kanalizasiya layihəsi Xaçmaz şəhərinin sosial-iqtisadi inkişafına, əhalinin məişət şəraitinin yaxşılaşdırılmasına töhfələr verəcək.
 
Qeyd edək ki, Xaçmaz şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Xaçmaz şəhərində 47  min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. İcrasına 2012-ci ildə başlanılmış layihənin birinci mərhələsində şəhərin əsas su mənbəyi sayılan  Uçqun bulağı bərpa olunub, 2 km magistral, 1,6 km anbarlararası su xətləri  çəkilib, ümumi tutumu 10 min kubmetr olan 2 ədəd su anbarı inşa edilib.
 
Layihənin növbəti mərhələsində Xaçmaz şəhərində 148 km içməli su və 137 km kanalizasiya şəbəkəsi inşa edilib, 10688 ünvana ev birləşməsi verilib. Artıq abonentlərin 90 faizi su sayğacları ilə təmin olunub və həmin istehlakçılar yeni şəbəkə vasitəsilə fasiləsiz rejimdə içməli su ilə təmin olunurlar.  Hazırda sayğacların quraşdırılması işləri ilə yanaşı, məhsuldarlığı sutkada 630 kubmetr olan su nasos stansiyasında son tamamlama işləri aparılır. Layihə çərçivəsində Xaçmaz Sukanal Sahəsi üçün yeni inzibati bina da tikilib. Hazırda binanın lazımi inventar və avadanlıqlarla təchizatı işləri aparılır. Layihə üzrə tikinti-quraşdırma işləri  bu ay tam yekunlaşacaq. 
 
Şəhərdə yaranan tullantı suları Xaçmaz rayonu ərazisində inşa ediləcək və sutkalıq  məhsuldarlığı 70 min kubmetr olacaq təmizləyici qurğuda təmizlənib kənarlaşdırılacaq. Bu qurğuya  Xaçmaz şəhəri ilə yanaşı, Quba və Qusar şəhərlərinin də tullantı suları  yönəldiləcək. Hazırda qurğunun tikintisi üzrə tender prosesi davam edir.
 
Layihə çərçivəsində gələcəkdə rayonun Qobuqırağı, Armudpadar, Qaraçı, Qaraqurdlu, Köhnə Xaçmaz kəndlərinə suyun verilməsi ilə 11 min nəfərin içməli su təchizatının yaxşılaşdırılması nəzərdə tutulur.
 
Qeyd edək ki, Xaçmaz şəhərinin ilk mərkəzləşdirilmiş içməli su təchizatı sistemləri 1950-70-ci illərdə mərhələlərlə yaradılıb. Şəhərə içməli su Uçqun və  Çaxçaxlı bulaqlarından verilirdi. Şəhərdə 75 km içməli su şəbəkəsi mövcud olub və istismara yararsız vəziyyətə düşüb: "Azərsu” ASC şəhərin 41 min sakinindən 40%-nə xidmət göstərirdi. İçməli su fasiləli rejimdə verilirdi. Əhalinin qalan hissəsi isə tələbatını fərdi qaydada ödəyirdi. Xaçmaz şəhərində mövcud olmuş 18 km kanalizasiya şəbəkəsi şəhərin kiçik hissəsini əhatə edirdi və istismara yararsız vəziyyətə düşüb".
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info