“Bizim üçün Azərbaycanla münasibətlər çox önəmlidir”
Tarix: 03.03.2018 | Saat: 00:32:00 | E-mail | Çapa göndər


“Rusiya ilə Azərbaycan aktiv əməkdaşlıq edir, bir çox mühüm layihələr nəzərdən keçirilir”
Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin apreldə Bakıya səfər etməyi planlaşdırır. Bu barədə Rusiya mətbuatı xəbər yayıb. Nazir qeyd edib ki, ölkələrimiz arasında ticarət-iqtisadi münasibətlər sürətlə inkişaf edir: “Bu istiqamət üzrə Azərbaycanla əlaqələrin gücləndirilməsinə kömək edən xüsusi qrup yaratmışıq. Bizim üçün Azərbaycanla qarşılıqlı münasibətlər çox önəmlidir. Aprel ayında Bakıya yenidən səfər etməyi planlaşdırıram. Rusiya ilə Azərbaycan aktiv əməkdaşlıq edir, bir çox mühüm layihələr nəzərdən keçirilir. Səfər zamanı Azərbaycanın hökumət nümayəndələri ilə rəsmi danışıqlar aparılacaq. Ümid edirəm ki, bizim daha çox birgə layihələrimiz yaranacaq". Qeyd edək ki, ötən ilin sonunda M.Oreşkinin başçılıq etdiyi nümayəndə heyəti Bakıda işgüzar səfərdə olub. Səfər zamanı Rusiya-Azərbaycan və Azərbaycan-Rusiya işgüzar şuralarının geniş iclası və Azərbaycanda Rusiya İxrac Mərkəzinin nümayəndəliyinin açılışı keçirilib.
Anar




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
Repressiyaya məruz qalanların sırasında böyük ədiblərin, şəxsiyyətlərin, ziyalıların adları daha çoxdur
24.05.2019
“Amnesty International“ idmanın siyasiləşdirilməsi istiqamətində ermənilərlə ortaq taktika həyata keçirir
24.05.2019
Nikol Paşinyan Qarabağ klanından qorxduğu üçün oğlunu təhlükəsiz yerə köçürüb
24.05.2019
Rusiya ilə Azərbaycan arasında münasibətləri korlamaq cəhdləri baş tutmayacaq
24.05.2019
“Çimərlikdə qadağanedici şarları keçmək olmaz”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info