Elektron auditin tətbiqi vergi sistemində şəffaflığın artmasına xidmət edir
Tarix: 29.05.2013 | Saat: 22:25:00 | E-mail | Çapa göndər


Vergi sistemində elektron auditin ilkin tətbiqi yoxlamalara sərf olunan vaxtı və insan resurslarının 1,5 dəfə azalmasına səbəb olub.
Bunu vergilər naziri Fazil Məmmədov «Kompyuter əsaslı audit sistemi sahəsində Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstəyin göstərilməsi» (E-Audit) tvinninq layihəsinin başa çatdırılmasına həsr olunmuş təqdimat mərasimində bildirib. Nazir qeyd edib ki, Azərbaycanın vergi sistemində elektron auditin tətbiqi üçün müvafiq hüquqi bazanın yaradılması məqsədilə 2013-cü il 1 yanvar tarixindən Vergi Məcəlləsinə e-audit proseslərinin hüquqi əsaslarını tənzimləyən 13 yeni maddə daxil edilib: «Onlardan biri də banklardan vergi məqsədləri üçün alınan məlumatlarla bağlıdır. Məlum olduğu kimi, dünyanın əksər ölkələrində, vergi orqanları tərəfindən əsaslandırılmaqla belə məlumatların banklardan alınmasına məhdudiyyətlər qoyulmur. Vergi Məcəlləsində qəbul olunmuş dəyişikliklər indi bizə də məhkəməyə müraciət etmədən məcəllədə əks olan hallarda tələb olunan məlumatların birbaşa banklardan alınmasına imkan verir ki, bu da beynəlxalq standartlara tam uyğundur». Bundan başqa, Azərbaycanda fəaliyyət göstərən müəssisələrin sahə spesifikliyi nəzərə alınmaqla sahələr üzrə audit testləri və e-auditin tətbiqi üçün metodik tövsiyələr hazırlanaraq tətbiq edilib. Azərbaycanda e-auditin tətbiqi sahəsində hələ ilk addımlar atıldığını diqqətə çatdıran F.Məmmədov qeyd edib ki, əldə olunmuş nəticələr e-auditin yüksək səmərəliliyini nümayiş etdirir: «Neft, bank və ticarət sektorlarında e-auditin tətbiqinin ilkin nəticələri göstərir ki, vergidən yayınma risklərinin təhlilinin avtomatlaşdırılmış qaydada aparılması nəticəsində bir yoxlamaya sərf olunan vaxt və insan resurslarının həcmi təxminən 1,5 dəfə azalıb. Bu isə ona dəlalət edir ki, e-auditin tətbiqi sahəsində görülən işlər davam etdirilməli, tədricən e-auditin hərtərəfli tətbiqinə nail olunmalıdır».
GÜNAY




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Azərbaycanın tranzit imkanları İsveçrədə təqdim olunub
18.09.2018
Bu il Dövlət İnvestisiya Proqramında azı 600 kəndin yolunun təmiri nəzərdə tutulub
18.09.2018
Prezident: Əsas ərzaq məhsulları ilə özümüzü təminetmə səviyyəsinə çox yaxınlaşmışıq
18.09.2018
“Kaşaqan” neftinin gələcəkdə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli planlaşdırılır”
18.09.2018
Masallıda 3230 hektar əkin sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info