“Gənclərin hərtərəfli inkişafı dövlət siyasətinin əsas prioritetidir”
Tarix: 29.05.2013 | Saat: 22:39:00 | E-mail | Çapa göndər


Həsən Babayev: “Gənclər Azərbaycanın inkişafına, xalqımızın rifahının
yüksəlməsinə, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasına xidmət
edən siyasəti dəstəkləyirlər”


Müsahibimiz Azərbaycan Gənc Diplomatlar Birliyinin idarə heyətinin üzvü Həsən Babayevdir

-İlk öncə idarə heyətinin üzvü olduğunuz təşkilat haqda məlumat verərdiniz.
- Azərbaycan Gənc Diplomatlar Birliyi (AGDB) 2001-ci il may ayının 12-də təsis edilmiş, 2005-ci ilin 30 may tarixində rəsmi olaraq dövlət qeydiyyatına alınıb. AGDB qeyri-siyasi, qeyri-kommersiya, könüllü, müstəqil gənclər qurumudur. Təşkilatımız öz ətrafında Azərbaycanın ali təhsil məktəblərinin beynəlxalq münasibətlər, beynəlxalq hüquq və diplomatiya sahəsi ilə bağlı digər fakültələrində təhsil alan yüzlərlə tələbə, magistr, məzun və diplomatiya ilə maraqlanan intellektual gəncləri öz ətrafında birləşdirir. Birlik hazırda beynəlxalq münasibətər və diplomatiya sahəsinə ciddi maraq göstərən, öz vətəndaş mövqeyini və cəmiyyətin maraqlarını müasir baxışlara uyğun əks etdirən intellektual gəncləri ətrafında birləşdirərək, onların müasir dəyərlərə, beynəlxalq münasibətlərin xüsusiyyətlərinə, diplomatiyanın incəliklərinə yiyələnməsində köməkçi funksiyasını öz üzərinə götürüb. AGDB müntəzəm olaraq beynəlxalq münasibətlər, beynəlxalq təhlükəsizlik və diplomatiya sahəsini əhatə edən mühüm və aktual mövzularla bağlı elmi-təcrübi tədbirlər, seminarlar, disputlar və debatlar keçirir. Həmçinin Qafqaz dövlətləri arasında mövcud problemləri diplomatiyanın müasir prioritetləri və beynəlxalq hüquq normaları əsasında, sülh və qarşılıqlı anlaşma ilə həll olunmasının vacibliyini dərk edərək gənclər arasında bu kimi mütərəqqi fikirlərin təbliğ olunmasını zəruri hesab edir. AGDB-nin idarə heyətinin sədri Rafət Əliyevdir. Qeyd edim ki, 2009-cu ilə qədər akademik Hafiz Paşayev və tarix elmləri doktoru, professor Əli Həsənov təşkilatın baş məsləhətçisi olub. Hazırda Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun rəhbəri politoloq Elman Nəsirli AGDB-nin baş məsləhətçisidir. Təşkilatın baş katibi Eltun İbrahimov isə Bakı Slavyan Universiteinin tələbəsidir. Azərbaycan Gənc Diplomatlar Birliyinin 7 nəfərdən ibarət idarə heyəti savadlı və intellektual potensiala malik, bir neçə xarici dil bilən gənclərdən ibarətdir. Təşkilat 2003-cü ilin may-sentyabr aylarında “Tələbələrin sülh və əməkdaşlıq forumu” layihyəsini müvəffəqiyyətlə həyata keçirib. Layihə “UNOCAL” şirkətinin, ABŞ və Norveç səfirliklərinin, Xəzər Universitetinin dəstəyi ilə reallaşıb. Birliyin aktiv üzvləri Türkiyə, ABŞ, Norveç, Rusiya, Gürcüstan, Almaniya, Polşa, Misir, Qətər, İsveç, Litva, Latviya, Rumıniya və digər ölkələrdə keçirilən elmi-təcrübi tədbirlərdə, treninq və seminarlarda iştirak edib. Hazırda birliyin sədr müavini və idarə heyətinin 3 nəfərdən ibarət üzvü ABŞ və Belçikanın aparıcı universitetlərində magistr təhsili almaqdadır.
- Hazırda dövlətin apardığı gənclər siyasətini necə qiymətləndirirsiniz?
- Respublikamızda dövlət gənclər siyasətinin formalaşdırılması, gənclərin ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakının təmin edilməsi, gənclərə yüksək diqqət və qayğı məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1994-cü ildə “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu və gənclər siyasəti sahəsində digər normativ hüquqi aktlar, Azərbaycan gənclərinin forumlarının keçirilməsi gənclərlə iş sahəsinin hüquqi əsaslarının və icra mexanizminin müəyyən edilməsi dövlətin gənclərə göstərdiyi diqqət və qayğının mühüm tərkib hissəsidir. 6 aprel 2011-ci il tarixində Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının hazırlanması haqqında sərəncam bir daha onu deməyə əsas verir ki, gənclərin hərtərəfli inkişafı dövlət siyasətinin əsas prioritetidir.
-Dövlətin tutduğu gənclər siyasəti kursu gənclərə öz potensialını üzə çıxarmağa hansı imkanlar verir?
- Azərbaycan gəncliyi ilk növbədə özləri öz potensial imkanlarını ortaya qoymağı bacarmalıdırlar. Belə olan halda yüksək nailiyyətlər əldə etmək mümkündür. Təhsil sahəsində gənclər üçün gözəl şərait yaradılıb. Gənclərin dünyanın aparıcı universitetlərində təhsil alması üçün dövlət proqramı təsis edilib. Gənclərin də üzərinə düşən əsas məsuliyyət bu imkanlardan maksimum yararlanıb qazandıqları dünya təcrübəsini dövlətimizin inkişafı üçün tətbiq etməkləridir.
- Gənc diplomatlardan yetərincə istifadə olunurmu?
- Bu gün dövlətimizi təmsil edən savadlı, diplomatik bacarığa malik, dövlətçiliyə sadiq, yüksək intellektual potensialı olan gənclərimiz var. Diplomatiya sahəsində Hafiz Paşayevin rəhbərliyi altında Azərbaycan Diplomatik Akademiyasında bu sahədə peşəkar kadrlar hazırlanır. Fürsətdən istifadə edib Hafiz müəllimə gənclər adından minnətdarlığımı bilidirirəm ki, dünyanın qabaqcıl universitetlərinin tədris proqramını tətbiq etməklə gənclərin diplomatiya sahəsində təhsil alması, diplomatik biliklərə yiyələnməsi istiqamətində çox böyük işlər görür. Bu sahədə də gənclər dövlət qayğısı ilə əhatə olunub.
- Bildiyiniz kimi, 250-ə yaxın gənclər təşkilatı oktyabr ayında keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevin namizədliyini dəstəklədiyini bəyan edib. Azərbaycan gəncliyinin Prezidentə bu cür inamla etimad və dəstək göstərməsinin səbəbi nədir?
- Qəzetiniz vasitəsilə təşkilatımız adından bəyan edirəm ki, biz də Azərbaycan Gənc Diplomatlar Birliyi olaraq oktyabr ayında keçiriləcək prezident seçkilərində Prezident İlham Əliyevin namizədliyini dəstəkləyirik və seçkilərdə ölkə başçısına uğurlar azru edirik. Nəzərinizə çatdırım ki, iyun ayında təşkilatımız Azərbaycanın xarici siyasətində əldə etdiyi uğurlar və Prezidentin uğurlu siyasəti ilə bağlı tədbir keçirməyi planlaşdırır. Bu tədbirdə biz Gənc Diplomatlar Birliyi olaraq öz mövqeyimizi bəyan edəcəyik. Biz gənclər ordusu olaraq hər zaman cənab Prezidentin yanındayıq və Azərbaycan dövlətçiliyinin, milli-mənəvi dəyərlərin, azərbaycançılıq ideyalarının təbliği istiqamətində bacarıq və imkanlarımızı əsirgəməyəcəyik. Ümummilli lider Heydər Əliyev hər zaman gəncliyin inkişafına, onların istər təhsil, istərsə də sosial problemlərinin həllinə dəstək olub, gənclərin dünya təcrübəsindən yararlanması istiqamətində ciddi işlər görüb. Bu gün bu siyasəti cənab Prezident uğurla davam etdirir. Qeyd etdiyim səbəblərdən dolayı gəncliyin seçimi İlham Əliyevdir.
Gənclər təşkilatlarında təmsil olunmayan gənclərimiz də var ki, onlar da dövlət başçımızın namizədliyini dəstəkləyir. Yaxın günlərdə Dünya Azərbaycanlı Gənclər Birliyinin İstanbul şəhərində Mərkəzi Şura İclası keçirildi. 40 ölkədən 70-ə yaxın gənclər təşkilatları rəhbərlərinin qatıldığı tədbirdə bəyanat qəbul edildi. Bəyanatda bildirildi: “Bu gün dünyanın hansı hissəsində yaşamasından, sosial statusundan və imkanlarından asılı olmayaraq, hər bir azərbaycanlı gənc Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yürüdülən daxili və xarici siyasəti dəstəkləyir. Biz bu siyasətin Azərbaycanın inkişafına, tərəqqisinə xidmət etdiyinə səmimi şəkildə inanır və əmin olduğumuzu bildiririk ki, aparılmış uğurlu və məqsədyönlü siyasət xalqımızın rifahının yüksəldilməsinə, ölkəmizin hərtərəfli inkişafı və beynəlxalq aləmdə nüfuzunun artmasına töhfəsini verəcək”. Bu bir daha onu deməyə əsas verir ki, gənclər hər zaman cənab Prezidentin yanındadırlar və hər zaman aparılan uğurlu siyasəti dəstəkləyirlər.
- Sizcə, gənclərin daha da maariflənməsi və ictimai fəallığının artırılması istiqamətində hansı tədbirlər görülməlidir?
- Bu məsələdə gənclər birliklərinin, QHT-lərin üzərinə mühüm vəzifə düşür. Gənclərin ictimai fəallığının artırılması istiqamətində gənclər təşkilatları daha da aktiv fəaliyyət göstərməli, öz sıralarını daha da genişləndirməlidirlər. Əlbəttə ki, sıralarını genişləndirmək deyəndə təşkilatlara cəlb olunan gənclərin layihələrdə iştirak etməsini, maarifləndirilməsi işini düzgün qurmalı, Gənclər və İdman Nazirliyi ilə sıx əməkdaşlıq etməlidirlər. Gənclər və İdman Nazirliyi hər zaman gənclərin ictimai fəallığının artırılması və maarifləndirmə işində gənclər təşkilatlarına dəstək olub. Hər bir Azərbaycan gəncinin də üzərinə düşən mühüm vəzifə budur ki, yaradılan şəraitdən, imkanlardan, maksimum yararlanaraq öz vətəndaş mövqelərini ortaya qoysunlar.
Fuad HÜSEYNZADƏ




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib
25.09.2018
Azərbaycanın XİN rəhbəri GUAM-Yaponiya Nazirlər görüşündə iştirak edib
24.09.2018
XİN yayılan məlumatı araşdırır
24.09.2018
Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
24.09.2018
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info