Zaqataladakı “Qala düzü” pilləkənləri təmir olunur
Tarix: 03.03.2018 | Saat: 18:05:00 | E-mail | Çapa göndər


Zaqatala şəhərində ötən əsrin 50-ci illərində inşa edilmiş “Qala düzü” pilləkənlərində aparılan təmir-bərpa işləri başa çatmaq üzrədir. Təmir işləri zamanı pilləkənlərin yararsız vəziyyətə düşmüş mərmər və travertin üzlük materialı sökülərək yanmış qranit üzlüklə əvəzlənib, istinad divarları yenidən tikilərək yerli qaya daşı ilə üzlənib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, pilləkənlərin təmiri Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 avqust tarixli Sərəncamına əsasən, Zaqatala şəhərində çoxmənzilli binaların əsaslı təmiri və abadlıq-quruculuq işlərinin davam etdirilməsi məqsədilə ayrılan vəsait hesabına həyata keçirilir.
116 pilləkəndən ibarət olan “Qala düzü” pilləkənləri Zaqatala şəhərinin monumental abidələri sırasına daxildir. Pilləkənlər Zaqatala şəhərinə xüsusi görkəm verməklə yanaşı, şəhərin mərkəzi hissəsini Qala düzü yaşayış massivi, Zaqatala qalası və Heydər Əliyev adına mədəniyyət və istirahət parkı ilə birləşdirir.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Aİ nümayəndələri Naxçıvanda fiziki məhdudiyyətli uşaqlarla görüşüblər
23.09.2018
Naxçıvan Biznes Mərkəzində avropalı diplomatların sahibkarlarla görüşü olub
23.09.2018
Naxçıvanda “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi olub
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info