“ArmenianReport”: “Bu erməni millətinə xidmət etmək yox, onu ölümə aparmaqdır”
Tarix: 04.03.2018 | Saat: 02:19:00 | E-mail | Çapa göndər


Ermənistan parlamenti tərəfindən seçilən dördüncü prezident Armen Sərkisyan bütün təcrübə və biliyini erməni xalqına xidmət edəcəyi vədini verib. O, ölkə parlamentindəki çıxışında Ermənistanın gələcəyi ilə bağlı gözəl sözlər söyləyib.
Lakin maraqlıdır, Ermənistanın prezidenti olan bir şəxsin, həqiqətənmi, ölkədə dəyişikliklərin həyata keçirilməsi üçün imkanları varmı? Doğrudanmı, Armen Sərkisyanın Ermənistanın "ingilis kraliçası" olub-olmayacağına dair məntiqi fikirləri var? Xatırladaq ki, Sərkisyan bundan əvvəl Ermənistanın Böyük Britaniyadakı səfiri kimi fəaliyyət göstərib. Onu Ermənistan prezidenti kimi hakimiyyətə gətirən də nə xalq, nə də ölkə müxalifətidir. Armen Sərkisyan Ermənistan Respublika Partiyası tərəfindən təklif olunaraq hakimiyyətə gətirilib. Maraqlıdır, yeni prezident Armen Sərkisyanın hakimiyyəti dövründə ölkədə hər hansı bir dəyişikliyə ümid varmı?.
Yeri gəlmişkən, bildirək ki, parlamentdə Ermənistanda prezident seçkilərinin nəticələri dərc olunduqdan sonra Armen Sərkisyan deputatlar və bütün erməni xalqından dəstək gözlədiyini bildirib. Qəribə görünsə də o, xalq ilə deputatların fərqli şeylər olduğunu da etiraf edib.
Təbii ki, ermənilər ölkə parlamentinin bütün zəruri qərarvermə
orqanlarını möhürləyən cinayət-oliqarxik klanın notariat şöbəsi oldugunu və onların dəstəyinə, Ermənistanda hər-hansı bir dəyişikliyə imza atacmayacaqlarını etiraf etmələri də da inandırıcı görünür. Məsələ bundadır ki, ölkədəki passiv müxalifət də. xalqın etimadından kənardır. Buna görə də, hər şeyə təslim olan xalq, Ermənistanda yaxşılıga dogru hər hansı bir dəyişikliyin olacagına inanmır. Xalq bu gün Ermənistandakı vəziyyətin yaxşılaşmasını Qərblə Rusiya arasındakı razılıqda görür. Lakin xalqdan fərqli olaraq, bü günkü erməni hakimiyyətini həm Vaşinqton, həm də Moskva hər hansı məqamdasa təmin edir. Təbii ki, bu gün ermənilər “müstəqil dövlət” statusundan çıxış etsələr də, Ermənistanla baglı mühüm qərarlar hələ ki, Kremldə qəbul edilir.
Dünyanı nüvə silahı ilə təhdid edın Rusiyanın hərəkətini “sonuncu bleff” kimi dəyərləndirən “ArmenianReport” saytı yazır: “Büna baxmayaraq, biz belə bir dövlətin müttəfiqi olmaga məhkumuq. Heç kim də bütün bunları dəyişməyə hazırlaşmır. Bəlkə də cəsarətləri çatmır. Yaxın zamanlarda bunu gözləməyə də dəyməz. Sübut kimi yeni və bir azdan sabiq olacaq prezidentlərin görüşünü göstərmək olar. Belə ki, Armen Sərkisyan Serj Sərkisyanla görüşündə hər şeyin oldugu kimi qalacagına söz verib. Təbii ki, bü erməni millətinə xidmət etmək yox, onu ölümə aparmaqdır”.
Ağasəf Babayev








 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10492

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info