“Ərəb baharı”nın qurbanı elə ərəb xalqının özüdür”
Tarix: 29.05.2013 | Saat: 22:58:00 | E-mail | Çapa göndər


Baş verən üsyanlar turizm sektoruna ümumilikdə 15 milyard dollardan çox ziyan vurub

Ərəb dünyasında 2010-cu ildə başlayan “ərəb baharı” dalğası bir çox ərəb ölkələrinə, ümumiyyətlə regiona milyardlarla dollar ziyan vurub. Yüz minlərlə insan qaçqın düşüb, yaralanıb, öldürülüb. Prosesin baş vermə səbəblərinə gəldikdə isə, doğrudur bu ölkələrdə müəyyən problemlər mövcuddur. Lakin bu heç də həmin ölkələrdə baş verən inqilabların Qərb dövlətlərinin iddia etdikləri kimi xalq tərəfindən edildiyi demək deyil.
Burada böyük güclərin geosiyasi maraqları və s. kimi məsələlər mövcuddur. Qərb dövlətlərinin məsələyə “demokratiya” adı altında müdaxilə etməsi vəziyyəti daha da gərginləşdirdi, çıxılmaz bir hala gətirdi. Halbuki məsələləri dəyirmi masa arxasında müzakirə etmək və ortaq bir yol tapmaq olardı. Danışıqlar prosesi müəyyən vaxt tələb etsə də, bu hazırkı acınacaqlı vəziyyətdən dəfələrlə yaxşı olardı. Ancaq indi “ərəb baharı” olan ölkələr bir neçə on il geriyə düşüb, on illər, yüz illər ərzində qurulan şəhərlər xarabalığa çevrilib, iqtisadiyyat iflic olub.
Ərəb Turizm Təşkilatının rəhbəri Bəndər əl-Fuheydin Türkiyənin “Zaman” qəzetinə verdiyi açıqlama da dediklərimizi təsdiq edir. Belə ki, o, bölgədə davam edən siyasi gərginlikdən sonra turistlərdə ərəb ölkələrinə yenidən etibar yaratmağın çətin olduğunu söyləyib. O, "ərəb baharı" səbəbindən 3 milyonu Misirdə olmaqla bölgənin 10 milyon turist itirdiyini bildirib. Əl-Fuheyd turist axınının azalması nəticəsində turizm sektoruna ümumilikdə 15 milyard dollar ziyan dəydiyini və bu sahədə çalışan xeyli işçinin işdən çıxarıldığını qeyd edib. Bu yalnız bir sahəyə dəyən ziyandır və bu rəqəm günbəgün artır.
Azərrbaycan Gənc Alim, Aspirant ve Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov qəzetimizə verdiyi açıqlamada “ərəb baharı” nın pərdəarxası məqamları ilə bağlı bunları dedi: “Əslində “ərəb baharı” böyük dövlətlərin böyük bir planı idi və prosesin kökündə ərəb xalqının mövqeyi, demokratiya, insan hüquqları, xalqın öz müqəddəratını təyinetmə kimi arqumentlər durmurdu. Sadəcə olaraq, burada məqsəd dünyanı idarə edən güclərin ərəb ölkələrində idarəetməyə birbaşa təsir göstərmək və həmin dövlətlərin idarəetməsini öz əllərinə keçirmək kimi planlarını həyata keçirmək idi. Bu gün “ərəb bahar”nın qurbanı elə əslində ərəb xalqının özüdür. Ərəb ölkələrinin iqtisadiyyatı tam iflic vəziyyətə salınmış, idarəetmədə xaos yaranmış, xalqın həyat səviyyəsi kifayət qədər aşağı düşmüş və stabillik tamamilə pozulmuşdur. “Ərəb baharı” kimi təqdim olunan inqilab, yalnız bu prosesi hazırlamış dövlətlərin xeyrinə işlədi. Əslində başqa cür də ola bilməzdi. Aldanmış xalq kütləsi isə öndə gedərək dağıdıcı və qaragüruh funksiyasını oynadı, daha doğrusu, əvvəlcədən hazırlanmış ssenarini dərk etmədən öz dağıdıcılıq rolunu təəssüf ki, çox böyük həvəslə oynadı. Yuxarıda qeyd etdiyim kimi, bu böyük qüvvələrin əvvəlcədən hazırladıqları və incəliklə düşünülmüş planı idi. İnqilabların baş verdiyi ölkələr bildiyiniz kimi təbii resurslarla kifayət qədər zəngin, dünya iqtisadiyyatına təsir edə biləcək gücdə olan dövlətlər idi və bu dövlətlərin güclənməsi, iqtisadi cəhətdən zənginliyi əlbəttə ki, bu günkü dünyada siyasi çəkisi böyük olan və dünyada gedən siyasi prosesləri istədikləri istiqamətə yönəltməyi bacaran dövlətlərin və güclərin marağında ola bilməzdi. Ona görə də ərəb xalqını xüsusi üsullarla və planlı şəkildə aldadaraq istədikləri təxribatı və çaxnaşmanı qurdular və bu günkü mənzərə isə əlbəttə ki, ərəb xalqının deyil, məhz böyük güclərin qalıb gəldiyinin təcəssümüdür. Əlbəttə ki, məqsəd ərəb xalqına demokratiya və firavan həyat tərzi bəxş etmək deyil, yeganə məqsəd həmin ölkələri özlərindən asılı hala gətirmək, təbii sərvətləri istədikləri kimi idarə etmək, həmin dövlətlərin iqtisadiyyatını və həmçinin də, onlarda gedən siyasi prosesləri tam nəzarətdə saxlamaq idi. Buna da ərəb xalqının öz əli ilə nail oldular”.
SÖHRAB




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
USAİD Gürcüstanda iqtisadi islahatlar üçün 1,5 milyard dollar ayırıb
19.09.2018
Şimali və Cənubi Koreya arasında hərbi sahədə əməkdaşlıq müqaviləsi imzalanıb
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır
18.09.2018
ABŞ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır
18.09.2018
Rusiya təyyarəsi vuruldu,15 hərbçi həlak oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info