“Azərenerji” ötən ay 1,921 milyard kilovat-saat elektrik enerjisi istehsal edib
Tarix: 05.03.2018 | Saat: 01:30:00 | E-mail | Çapa göndər


2018-ci ilin fevral ayında “Azərenerji” ASC tərəfindən istehsal edilən elektrik enerjisinin həcmi 1,921 milyard kilovat-saat olub. Bu rəqəm 2017-cı ilin fevralında 1,908 milyard kilovat-saat təşkil edib.
“Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, fevral ayında Azərbaycan Respublikasının davamlı inkişaf konsepsiyasının tərkib hissəsi olan elektrik enerjisi sisteminin etibarlılığının təminatı məsələsi diqqətdə saxlanılıb və infrastrukturun inkişaf etdirilməsi ilə bağlı müvafiq işlər davam etdirilib. Görülən effektiv işlərin nəticəsində “Azərenerji” ASC tərəfindən istehlakçılar tələbatlarına uyğun olaraq dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunublar.
Bu dövr ərzində ölkəmizin enerji sisteminin əlaqəsi olan dövlətlərlə elektrik enerjisi mübadiləsi qarşılıqlı şəkildə həyata keçirilib. O cümlədən Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin Tədbirlər Planına uyğun olaraq, yaxın və uzaq perspektivdə nəzərdə tutulmuş müvafiq vəzifələrin icra vəziyyəti ilə bağlı işlər davam etdirilib. Eyni zamanda, tabeliyində olan müəssisələrdə innovasiyalı texnologiyalar tətbiq etməklə, enerji sisteminin modernləşdirilməsi diqqətdə saxlanılıb və bununla əlaqədar ictimaiyyətin məlumatlandırılması üçün tədbirlər görülüb.




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Mikayıl Cabbarov: “Azərbaycan iqtisadiyyatının qüdrəti güclü sahibkarlardan asılıdır”
22.01.2019
Ölkədəki fərdi sahibkarların sayı 842 mini ötüb
22.01.2019
Azərbaycanda FAO ilə birgə 4 layihənin icrasına başlanılacaq
22.01.2019
Əhalinin banklardakı pulları artır
22.01.2019
FAO-Azərbaycan Tərəfdaşlıq Proqramının açılış mərasimi keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
3 “Mənim güc mənbəyim Bakıdadır”
4 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info