Azərbaycanda müsəlman, yəhudi və digər dini icma üzvləri dostluq şəraitində yaşayırlar
Tarix: 05.03.2018 | Saat: 15:46:00 | E-mail | Çapa göndər


Vaşinqton şəhərində ABŞ-ın nüfuzlu yəhudi təşkilatı olan Amerika İsrail İctimai İşlər Komitəsinin (AİPAC) illik siyasi konfransı çərçivəsində Azərbaycan-İsrail tərəfdaşlığına dair “Yeni sərhədlər: İsrailin Qafqazda və Mərkəzi Asiyada strategiyası” mövzusunda seminar keçirilib.
 
Azərbaycanın ABŞ-dakı səfirliyindən bildirilib ki, 250 nəfərədək ictimai-siyasi, akademik, biznes və diplomatik korpus dairələrin nümayəndələrinin qatıldığı seminarda  əvvəlki illərdəki kimi Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, Avrasiya Yəhudilərinə Dəstək Milli Koalisiyasının vitse-prezidenti Mark Levin, tanınmış politoloqlar - Corctaun Universitetinin professoru Brenda Şaffer və Mərkəzi Asiya-Qafqaz İnstitutunun İpək Yolu Tədqiqatları proqramının direkoru Svante Kornel iştirak edib.
 
E. Süleymanov Azərbaycanın dünyanın ən strateji qovşaqlarından birində yerləşdiyini və müxtəlif mədəniyyətləri birləşdirən məkan olduğunu vurğulayıb. Diplomat bu il Azərbaycanın Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyini xatırladaraq, müsəlman Şərqində ilk demokratik respublikanın məhz Azərbaycanda yarandığını dinləyicilərin diqqətinə çatdırıb və bunun da Azərbaycan cəmiyyətinin dərin tolerantlıq ənənələrinin bir göstəricisi olduğunu bildirib.
 
Səfir Azərbaycan ilə ABŞ arasında mövcud olan strateji əməkdaşlıq çərçivəsində ölkəmizin Əfqanıstanda sülhməramlı əməliyyatın aparılmasında olan dəstəyi, dünyanın enerji xəritəsində artan rolu və yeni İpək Yolunun mərkəzində dayanan irimiqyaslı nəqliyyat layihələrin təşəbbüskarı olaraq ABŞ ilə iqtisadi münasibətlərin inkişafına müsbət təsir göstərdiyini vurğulayıb.
 
Azərbaycanla İsrail arasında münasibətlərin dostluq və əməkdaşlıq əsasında qurulduğunu xatırlayan diplomat İsrail dövlətinin müsəlman dünyası ilə əlaqələri qurmaq prosesində Azərbaycanın aparıcı və əhəmiyyətli rolunu qeyd edib.
 
Azərbaycanda müsəlmanlar, yəhudilər və digər dini icma üzvlərinin dostluq və mehribanlıq şəraitində yaşadığını qeyd edilibmiş və hər bir Azərbaycan vətəndaşı üçün Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə apararaq şəhidlik zirvəsinə yüksəlmiş milliyətcə yəhudi olan Azərbaycan Milli Qəhrəmanı Albert Aqarunovun əsl vətənpərvərlik nümunəsi olduğu da vurğulanıb.
 
Mark Levin, Brenda Şaffer və Svante Kornelin çıxışlarında ekstremizmə və radikalizmə qarşı mübarizədə Azərbaycan təcrübəsinin digər dövlətlər üçün də faydalı ola biləcəyi deyilib. Azərbaycan torpaqlarının 20 faizinin işğal altında olduğunu və bir milyondan çox məcburi köçkünün olmasına baxmayaraq, ölkə siyasətinin radikalizmdən uzaq olduğu qeyd olunub.
 
Hyuston-Bakı Qardaşlaşmış şəhərlər Assosiyasiyası tərəfindən Hyustonda ötən il Harvi qasırğası nəticəsində zərər görmüş yəhudi icmasının ən böyük dini məbədi - Bet Yeşurun sinaqoqunun bərpasında maddi yardımın göstərilməsinin ikitərəfli münasibətlərin davamlı inkişafına növbəti sübut olduğu bildirilib.
 
Qeyd etmək lazımdır ki, AİPAC təşkilatının hər il Vaşinqtonda keçirilən illik siyasi konfransı yəhudi icmasının ən böyük siyasi tədbiridir və tədbirdə 20000 nəfər yaxın iştrakçı, o cümlədən, ABŞ administrasiyasının və Konqresin  nümayəndələri, digər yüksək rütbəli xadimlər, həmçinin İsrail və digər dövlətlərin xadimləri qatılır.
Bu ilki konfransda ABŞ-ın vitse-prezidenti Mayk Pens, İsrailin baş naziri Benyamin Netanyahu, Albaniyanın baş naziri Edi Rama və Baltikyanı dövlətlərin xarici işlər nazirlərinin çıxışları nəzərdə tutulur.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info