Yarmarkada məhsullar 25-30 faiz ucuz təklif olunur
Tarix: 05.03.2018 | Saat: 16:09:00 | E-mail | Çapa göndər


Qarşıdan gələn Novruz bayramı ilə əlaqədar əhalinin kənd təsərrüfatı və ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması, bazarlarda qiymətlərin süni artırılmasının qarşısının alınması məqsədilə Sumqayıtda təxirəsalınmaz tədbirlər həyata keçirilir. Həftə sonu Sumqayıt şəhərində növbəti dəfə kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil edilib.
AZƏRTAC xəbər verir ki, şəhər icra hakimiyyətinin və Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə həftə sonu 12-ci mikrorayonda kənd təsərrüfatı məhsullarının satış-yarmarkası açılıb. Səhər saat 8-dən işə başlayan yarmarkada respublikanın ayrı-ayrı rayonlarından, əsasən də Quba, Qusar və Xaçmazdan olan fermerlər satışa 300 tondan çox kənd təsərrüfatı məhsulları çıxarıblar. Yarmarkada satıcı və alıcıların rahatlığı üçün hər cür şərait yaradılıb. Satışa çıxarılan məhsulların bazar qiymətindən aşağı olması satıcı və alıclıların da ürəyincə olub.
Bu cür yarmarkaların təşkilindən fermerlər də razılıqla danışırlar. Çünki fermerlər məhsullarını rahat şəkildə bazara çıxarıb həm özlərinə, həm də müştəriyə sərf edən qiymətə satır. Yarmarkada müxtəlif növ ərzaq məhsulları, o cümlədən meyvə-tərəvəz, toyuq, süd məhsulları, ət, həmçinin müxtəlif çeşiddə çərəzlər satışa çıxarılıb. Məhsulların qiyməti bazarlardakından 25-30 faiz ucuzdur. Yarmarkada mal əti 6, qoyun əti 6 manat 50 qəpikdən, qoz və fındıq 5 manatdan, kartof və soğan 50 qəpikdən, yumurta 8 qəpikdən alıcılara təklif edilib. Satışa çıxarılan bitki və heyvan mənşəli məhsulların fitosanitariya və baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması üçün yarmarkalar səyyar laboratoriyalarla təmin olunub.
Şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov və aidiyyəti qurumların nümayəndələri 12-ci mikrorayonda təşkil olunan yarmarkada olub, alıcı və satıcılarla söhbət edərək ərzaq məhsullarının qiymətləri ilə maraqlanıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Aİ nümayəndələri Naxçıvanda fiziki məhdudiyyətli uşaqlarla görüşüblər
23.09.2018
Naxçıvan Biznes Mərkəzində avropalı diplomatların sahibkarlarla görüşü olub
23.09.2018
Naxçıvanda “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi olub
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info