Sahibkarların tikinti obyektlərinə elektrik enerjisi verilməsinin prosedurları sadələşdirilib
Tarix: 05.03.2018 | Saat: 16:39:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” Fərmanına uyğun olaraq, bundan sonra sahibkarlar Mingəçevir, Sabirabad, Bərdə, Qəbələ, Masallı rayonlarında da “ASAN” xidmət mərkəzlərində mövcud və ya inşa ediləcək tikinti obyektlərinə 150 kilovata qədər, mövcud 0,4 kV-luq şəbəkədən elektrik enerjisi çəkdirə biləcəklər. Qeyd edək ki, indiyə qədər sahibkarların elektrik şəbəkəsinə qoşulması Bakı, Sumqayıt, Gəncə və Quba rayonlarındakı “ASAN” kommunal mərkəzləri tərəfindən həyata keçirilirdi.
Bu mövzuda jurnalistlərə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji Araşdırmalar və İnkişaf departamentinin rəhbəri Ramil Hüseyn, “Azərişıq” ASC-nin Perspektiv inkişaf və “ASAN” xidmətlə iş idarəsinin rəisi Elsevər Rüstəmli ətraflı məlumat verib.
Bildirilib ki, 150 kilovata qədər sahibkarlıq obyektlərinin mövcud 0,4 kilovoltluq elektrik şəbəkəsinə qoşulması üçün texniki şərtlər, indi yerləşdiyi rayondan asılı olmayaraq, “Azərişıq” ASC tərəfindən “ASAN Kommunal” və “ASAN xidmət” mərkəzləri vasitəsi ilə maksimum 24 gün müddətində veriləcək. Nəzərə almaq lazımdır ki, dünyanın inkişaf etmiş bir çox ölkələrində biznes fəaliyyəti üçün elektrikə qoşulma aylarla vaxt aparsa da Azərbaycanda sahibkarın elektrikə qoşulması prosesi 69 gündən 24 günə endirilib. Bu sahədə daha bir yenilik isə vahid pəncərə sistemi üzrə prosedurların 7-dən 3-ə endirilməsidir. Sahibkarların bu islahat prosesindən əldə etdiyi daha bir üstünlük əməliyyatların elektronlaşdırılması və məmur-vətəndaş kontaktının minimuma endirilməsidır.
“Azərişıq” ASC-nin “ASAN” xidmət və “ASAN” kommunal vasitəsi ilə əhali abonentlərinin evinin, bağının və ya həyətyanı sahələrinin elektrik enerjisi ilə təmin edilməsi prosesi bir ay öncə, bütün bölgələrdəki “ASAN” xidmət mərkəzlərini əhatə edib və hazırda qeyri-əhali abonentlərinin də elektrik şəbəkəsinə qoşulmasının ölkə üzrə təmin edilməsi aparılan iqtisadi islahatların bariz nümunəsidir.
Xatırladaq ki, "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə yer alan tədbirlərdən biri (Tədbir 1.5.5) kiçik və orta sahibkarlıq (KOS) subyektlərinin müvafiq kommunal xidmətlərə qoşulma proseslərinin daha da sadələşdirilməsi ilə bağlıdır. Bu tədbirə əsasən KOS subyektlərinin elektrik təchizatı şəbəkələrinə qoşulması prosedurlarının sadələşdirilməsi, o cümlədən texniki şərtlərin verilməsi qaydalarının təkmilləşdirilməsi istiqamətində işlər davam etdiriləcək və bu prosesin tam elektronlaşdırılması üçün tədbirlər sürətləndiriləcək. Prezidentin bu Fərmanı Strateji Yol Xəritəsində qarşıya qoyulan tədbirlərin reallaşması baxımından mühüm əhəmiyyətə malikdir.
Sahibkarların öz fəaliyyətlərini daha səmərəli təşkili istiqamətində elektrik şəbəkələrinə daha asan qoşulması beynəlxalq indekslərin metodologiyalarında da öz əksini tapmışdır. Xüsusilə, beynəlxalq ictimaiyyətin istinad nöqtəsi sayılan “Doing Business” hesabatında sözügedən sahə indikator kimi qiymətləndirilir. “Elektrikə əlçatanlılıq” indikatoru kimi tanınan sahə üzrə Azərbaycan mövqeyi ötən dövrlə müqayisədə irəliləyib. Prezident İlham Əliyevin apardığı davamlı iqtisadi islahatlar nəticəsində sahibkar dövlət münasibətlərində prosedurların azaldılması və asanlaşdırılması qarşıdakı hesabatlarda da öz əksini tapacaqdır.

Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb
21.09.2018
“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info