Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti özbək ədəbiyyatının tədqiqatçılarını təltif edib
Tarix: 05.03.2018 | Saat: 16:41:00 | E-mail | Çapa göndər


Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbəri, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru, professor Şavkat Şaripov Azərbaycanda özbək ədəbiyyatının bir sıra tədqiqatçılarını, iki xalq arasında dostluq münasibətlərinin, mədəni-ədəbi əlaqələrin möhkəmlənməsi sahəsində müstəsna xidmətlərinə görə Cəmiyyətin Fəxri diplomları ilə təltif edib.
Sözügedən mükafatla Bakı Dövlət Universitetinin türkologiya kafedrasının müdiri, professor, tərcüməçi Ramiz Əskər, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan üzrə ədəbi əlaqələr şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Almaz Ülvi Binnətova, filologiya elmləri doktoru, professor Elman Quliyev, Bakı Avrasiya Universitetinin kafedra müdiri, dosent Elmira Məmmədova, Filologiya elmləri üzrə fəlsəfə doktoru Təranə Həşimova, dosent, ədəbiyyatşünas Səadət Şıxıyeva, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşları - tərcüməçi alimlər Yaşar Qasımov, Akif Bağırov, İsmixan Osmanlı təltif ediliblər.
Fəxri diplomda qeyd olunur ki, ədəbiyyat sahəsində xüsusi istedadları, Özbəkistan-Azərbaycan: qardaş xalqların mədəni-ədəbi əlaqələrinin möhkəmlənməsində müstəsna xidmətlərinə görə azərbaycanlı ədəbiyyatşünaslar Dostluq Cəmiyyətinin xüsusi mükafatına layiq görülür. Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin bazasında yaradılıb, Universitetin rektoru eyni zamanda Dostluq Cəmiyyətinin rəhbəri vəzifəsini həyata keçirir.
Qeyd edək ki, mükafatlandırma Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə həyata keçirilib.
Layihənin əsas məqsədinin elmi-ədəbi əlaqələrin inkişafına dəstək olmaq, bu istiqamətdə çalışan alimlərin, tərcüməçilərin əməyinin stimullaşdırılması, ədəbi əlaqələrə yeni – yeni töhvələr verməkdir.
Azərbaycan tərəfi də ötən ilin dekabr ayında Özbəkistanda Azərbaycan ədəbiyyatının fəal tədqiqatçılarını mükafatlandırıb. AMEA-nın vitze prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin imzaladığı Fəxri Fərmanlarla iki ölkə arasında elmi-ədəbi əlaqələrin inkişafında xidmətlərinə görə tanınmış özbək ədəbiyyatşünas alimləri, tərcüməçiləri Azərbaycan tərəfinin xüsusi diplomları ilə təltif ediliblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info