“Uşaq əməyinin istismarının qarşısının alınması” mövzusunda seminar keçirilib
Tarix: 05.03.2018 | Saat: 17:12:00 | E-mail | Çapa göndər


Uşaq əməyinin istismarı qanuna zidd olmaqla, uşağın fiziki və mənəvi inkişafına da zərər vurur

Uşaq əməyinə münasibətdə beynəlxalq konvensiyalardan irəli gələn prinsipləri özündə əks etdirən Azərbaycan qanunvericiliyi uşaq əməyinin istismarını, 15 yaşına çatmamış uşaqların işlərin görülməsinə, habelə uşaqların onların həyat və sağlamlığına, mənəviyyatına təhlükə törədə biləcək fəaliyyətə cəlb edilmələrini qadağan edir. Bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Dövlət Sosial-İqtisadi Kollecində (Bakının Sabunçu rayonu) “Uşaq əməyinin istismarının qarşısının alınması” mövzusunda keçirdiyi seminarda bildirilib.
Tədbirdə Kollecin müəllim və şagirdləri, rayon İcra Hakimiyyətinin nəzdindəki Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın, rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik tədbirlər bölməsinin nümayəndələri, ayrı-ayrı işəgötürənlər iştirak edib.
Seminarda ilk növbədə uşaqların bu və ya digər işlərin görülməsinə cəlb edilməsinin hansı hallarda onların əməyinin istismarı halı kimi qiymətləndirildiyi barədə məlumat verilib. Uşaq əməyinin istismarının qanuna zidd olmaqla, uşağın fiziki və mənəvi inkişafına da zərər vurduğu, əksər hallarda onun təhsildən yayınması ilə müşahidə olunduğu vurğulanıb. Qeyd olunub ki, Əmək Məcəlləsinə əsasən, uşaqların işə qəbul edilməsi üçün minimum yaş həddi 15 yaşdır. Bu yaşa çatmış uşaqlar isə yalnız onların valideynlərindən və ya övladlığa götürənlərdən (qəyyumlarından) birinin, yaxud qanunla onları əvəz edən şəxslərin razılığı olmaqla əmək müqaviləsinin tərəfi ola bilər. Lakin 15-18 yaşlarında olan şəxslərin əməyindən əmək şəraiti ağır, zərərli olan iş yerlərində, yeraltı tunellərdə, şaxtalarda istifadə edilə bilməz. Qanunvericilik bunu, habelə onların əxlaqi kamilliyinin inkişafına mənfi təsir göstərən iş yerlərində əmək fəaliyyyətinə cəlb edilməsini qadağan edir.
Qeyd olunan yaşlarında olan işçilər üçün əmək qanunvericiliyində əlavə təminatlar, güzəştlər nəzərdə tutulub. Buna misal olaraq, Əmək Məcəlləsində bildirilir ki, yaşı 18-dən aşağı olan işçilərə əmək məzuniyyəti həmin işçilərin arzusu ilə onlar üçün əlverişli olan vaxtda verilə bilər. Yaşı 16-dan az olan işçilərə isə əmək məzuniyyətinin müddəti 42 təqvim günündən az, iş vaxtının müddəti isə 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər üçün 36 saatdan çox olmamalıdır.
Seminarda iştirakçılara müvafiq mövzu üzrə maarifləndirici çap materialları təqdim olunub, onların sualları cavablandırılıb.
Yetkinlik yaşına çatmayanlarla profilaktik tədbirlər sahəsində aparılan işlər barədə də məlumat verilib. Həmçinin tədbirdə 15 yaşına çatmamış şəxslərin işə, habelə onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edilməsi hallarına görə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan cəza tədbirləri diqqətə çatdırılıb. Ötən dövrdə görülən tədbirlər, məqsədyönlü təbliğat-maarifləndirmə işləri nəticəsində Azərbaycanda uşaq əməyinin istismarı hallarının minimum səviyyəyə endiyi vurğulanıb.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Neftçilərə yeni mənzillərinin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info